"Rəqibi təbrik edirəm. İntensiv oyun oldu, əla atmosfer vardı. Hər iki komanda yaxşı hazırlaşmışdı. Oyunun dəst-xətti öz yerində idi".
Qol.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç Avro-2020-nin seçmə mərhələsində səfərdə Uels yığmasına 1:2 hesabı ilə uduzduqları oyundan sonra təşkil edilən mətbuat konfransında deyib.
Xorvatiyalı mütəxəssis bildirib ki, komandası 1 xala layiq oyun nümayiş etdirib: "Futbolçularımla qürur duyuram. Bu gün düzgün oynadılar, vuruşdular. Bəxtimiz gətirmədi. Bir xal qazanmağa layiq idik. Həqiqətən də qəribə, bəxtsizlikdən buraxılan 2 qolla buradan məğlubiyyətlə gedirik. Amma komandanın çıxışından razıyam".
Milli komandamız sentyabrın 9-da Bakıda Xorvatiya yığması ilə qarşılaşacaq. Baş məşqçi artıq bu görüşə hazırlaşacaqlarını vurğulayıb: "Xorvatiya səfərdə Slovakiya üzərində 4:0 hesablı qələbə qazanıb. Bunu gözləmirdim. Uşaqlara dedim ki, başa düşürəm, hamı məyusdur. Amma qarşıda matçımız var. Toparlanmalıyıq. Gənc futbolçularımızın oyununu qeyd edərdim. Ramil Şeydayev, Mahir Emreli, Bəhlul Mustafazadə və Anton Krivotsyukun adlarını çəkə bilirəm. Xüsusən də Bəhlul ilk dəfə belə atmosferdə meydana çıxırdı. Onun ayağında qıcolma vardı. Ona görə də bilmirdik meydana nə qədər qala bilər. Bu səbəbdən, 3-cü əvəzetməni bir az yubatmalı olduq. Belə vəziyyətlərdə adətən əks-hücumda çıxış etməliyik. Ancaq sona doğru futbolçuların irəlidə Şeydayevi dəstəkləmək üçün gücləri qalmadı" (Report)
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti
"Neftçi" - "Kəpəz": Heyətlər
Yenə dünya çempionu oldular
Tuhel: “Millətlər Liqasında birinci olmalıyıq”
"Qarabağ" - "Turan Tovuz": Heyətlər açıqlandı
İngiltərənin Xorvatiya və İspaniya ilə oyunlar üçün heyəti
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
"Turan Tovuz"un legioneri milliyə dəvət aldı
Futbol meydanlarından Zəfər meydanlarına
Azərbaycan – Latviya oyununun hakimləri açıqlandı
Oyuna çıxmayan "Mingəçevir"ə texniki məğlubiyyət verildi
Emin Mahmudov millidəki karyerasını bitirir - Rəsmi
Ayxan Abbasov milliyə 27 futbolçu çağırdı - Mezzotero da var
Məşhur klubun prezidenti 6 aylıq cəzalandırıldı
Baş məşqçi 20 ildən sonra klubdan gedir
"Sabah" legioneri ilə yollarını ayırdı
“Ronaldo milli karyerasını bundan pis başa vura bilməzdi”
İspaniyada futbolçular oyunların təxirə salınmasını istəyir
Kamilo Duran Azərbaycan bayrağını gördü və… - Video
Konfrans Liqası: “Trabzonspor” uduzdu
Avropa Liqasında gecənin nəticələri
Messinin 10 nömrəli forması boş qalacaq
Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər
Karrik getsə, “Mançester Yunayted”in planı bəllidir
"Mən təlxək deyiləm!"