"Seçmə mərhələyə qələbə ilə başlasaq da, ardıcıl iki məğlubiyyət aldıq. Halbuki hər iki oyundan xalla ayrıla bilərdik".
Bunu Uels yığmasının baş məşqçisi Rayan Giqqz deyib. 46 yaşlı mütəxəssis AVRO-2020-nin seçmə mərhələsindəki çıxışlarını dəyərləndirib. Giqqz yarışa uğurlu başlamadıqları üçün Azərbaycan millisi ilə qarşıdakı görüşdə qələbənin qaçılmaz olduğunu vurğulayıb.
O, bununla qrupdakı vəziyyətlərini düzəldəcəklərini düşünür: "İyun ayında futbolçular yorğunluğu tam çıxarmamışdılar. Çünki mövsüm yenicə bitmişdi. Üstəlik, Xorvatiyada dəhşətli isti hava şəraitində oynamalı olduq. Amma bu, yalnız incə detallardı. Bir az da bəxtimiz gətirmədi. Xorvatiya və Macarıstanla matçlarda istədiyimiz hücumları edə bilmədik. Futbolçularımın potensialına inanıram. İndi Azərbaycanla qarşıdakı oyunda mütləq qələbə qazanmalıyıq. Gələn ay isə Slovakiya ilə səfərdə, Xorvatiya ilə də evdə üz-üzə gələcəyik. Azərbaycana qalib gəlməklə, həmin matçlara daha yüksək motivasiyada hazırlaşa bilərik. Hələ də ümidimizi itirməmişik".
Giqqz qrupun qalan oyunları barədə də fikir bildirib. O, Azərbaycanla səfər matçından ehtiyatlandığını etiraf edib: "Bizim evdə 3 oyunumuz olacaq. Ancaq səfər matçlarını da unutmaq olmaz. Xüsusən də, uzaq səfər olan Slovakiya və Azərbaycanla görüşləri qeyd edərdim. Onların meydanında bizə çətin olacaq. Əsl rəqabətli qrupdu. Qrupda məğlub olmayan komanda yoxdu. Hamı bir-birinə üstünlük əldə edə bilər. Macarıstanın layiqli rəqib olduğunu əvvəldən bilirdim. Ancaq onların bu cür startı məni təəccübləndirdi. Slovakiya isə səfərdə Azərbaycan üzərində 5:1 hesablı qələbə qazandı və bu iki komanda ilk iki pillədə yer alıb. Bizim üçün yaxşı məqam odu ki, yenə komandalar bir-birilərini büdrədəcəklər" (matc.az).
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti
"Neftçi" - "Kəpəz": Heyətlər
Yenə dünya çempionu oldular
Tuhel: “Millətlər Liqasında birinci olmalıyıq”
"Qarabağ" - "Turan Tovuz": Heyətlər açıqlandı
İngiltərənin Xorvatiya və İspaniya ilə oyunlar üçün heyəti
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
"Turan Tovuz"un legioneri milliyə dəvət aldı
Futbol meydanlarından Zəfər meydanlarına
Azərbaycan – Latviya oyununun hakimləri açıqlandı
Oyuna çıxmayan "Mingəçevir"ə texniki məğlubiyyət verildi
Emin Mahmudov millidəki karyerasını bitirir - Rəsmi
Ayxan Abbasov milliyə 27 futbolçu çağırdı - Mezzotero da var
Məşhur klubun prezidenti 6 aylıq cəzalandırıldı
Baş məşqçi 20 ildən sonra klubdan gedir
"Sabah" legioneri ilə yollarını ayırdı
“Ronaldo milli karyerasını bundan pis başa vura bilməzdi”
İspaniyada futbolçular oyunların təxirə salınmasını istəyir
Kamilo Duran Azərbaycan bayrağını gördü və… - Video
Konfrans Liqası: “Trabzonspor” uduzdu
Avropa Liqasında gecənin nəticələri
Messinin 10 nömrəli forması boş qalacaq
Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər
Karrik getsə, “Mançester Yunayted”in planı bəllidir
"Mən təlxək deyiləm!"