Mustivar zədələndi

Mustivar zədələndi
XƏBƏR 3 Sentyabr 2019 / 13:05 1897
-  A +

"Neftçi”nin yarımmüdafiəçisi Soni Mustivar Haiti milli komandasının düşərgəsinə yollanmayacaq.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, buna səbəb futbolçunun zədə almasıdır. Mustivar sağ budun orta 1/3-də birinci dərəcəli gərilmə diaqnozu ilə 7-8 gün müalicə olunandan sonra fərdi məşqlərə başlayacaq.

Xatırladaq ki, yarımmüdafiəçi Haiti milli komandasının KONKAKAF Milli Liqası çərçivəsində sentyabrın 7-si və 10-u Kurakao yığması ilə keçirəcəyi oyunlara dəvət olunmuşdu.


Dünya Çempionatı 2026
Son xəbərlər
02.07.26  20:49

Daha 2 il "Sumqayıt"da

02.07.26  16:46

Van Qal istefa verdi

topaz banner