“Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsindəki rəqibi olan “Linfild”in baş məşqçisi Devid Hili oyun öncəsi Şimali İrlandiya mətbuatına danışıb.
Qol.az xəbər verir ki, “Belfast Telegraph”a açıqlamasında mütəxəssis “Qarabağ”ın öz meydanında erkən qol vurmaq istəyəcəyini bildirib: “Vindsor Park”ı buradan üstün tuturam. Düşünürəm ki, həyəcanlı izdiham və bir az da yüngül ədavət olacaq. Rəqib ilk dəqiqələrdən qol axtarışına çıxacaq. Qarşıda duran vəzifə ilə bağlı oyunçularıma məlumat vermişəm. Özümüzə inanırıq. Bu, sadəcə bir mübarizədir. Ancaq oyunçularıma sonda komanda üçün yüksək nəticə əldə edə biləcəyimizi demişəm. Onlara bildirmişəm ki, daim nəyisə arzulasınlar. Çünki futbol qəhrəmanlar yaratmağı sevir. Biz bu gecənin qəhrəmanı olmalıyıq. Ümid edirəm ki, bir neçə oyunçu klub tarixinə öz adlarını yazdıracaq”.
Devid Hili komandadakı əhval-ruhiyyədən də danışıb: “Oyunçular inanır ki, bunu etmək mümkündür. Bacardığımız qədər pozitiv olacağıq. “Qarabağ”ın Avropa təcrübəsi var. Sona çatmasını istəmədiyimiz inanılmaz yollar keçmişik. Oyunçularımın bu matça tam hazır olduğuna inanıram”.
Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” –“Linfild” görüşü saat 20:00-da başlayacaq. Bu komandaların Belfatsdakı ilk matçında yerli komanda 3:2 hesabı ilə qalib gəlib.
UEFA-dan azarkeşlər üçün yeni mövqe
Muradın komandası Superkubokun qalibi oldu
Millinin oyunçusu 31 yaşında karyerasını bitirdi
Mahir dayanmır. Yenə qol vurdu! - Video
Argentina Messiyə belə vida edəcək
“Qalatasaray” Çempionlar Liqası üçün heyətini açıqladı
"Arsenal"dan ərəb klubuna keçdi
"Zirə" bu dəfə braziliyalı futbolçu ilə gücləndi
ÇL matçlarını göl mənzərəli stadionda keçirəcəklər
"Mourinyo “Real”ı çox yaxşı tanıyır"
"Karvan-Yevlax"ın böyükhesablı qələbəsindən - Video
Oyun şansı qazanmasa, klubdan gedəcək
"Karvan-Yevlax" və “Şahdağ Qusar” mövsümə qələbə ilə başladı
“Fənərbaxça” UEFA-nın hədəfində - Araşdırma aparılır
"Zirə" yeni futbolçu transfer etdi
Azərbaycan millisinin oyunlarının tarixləri məlum oldu - AÇ
Kadinin cəzası açıqlandı
AFFA bu klubları cərimələdi
Keyruş yenidən Qana millisində
Ançelotti "Real"ı ziyarət etdi - Şəkillər
Robinyonun oğlu İtaliya klubunda
"Tottenhem"dən "Sanderlend"ə
"Bizə ÇL-də oynamaq hüququnu Azərbaycan çempionatı verir"
PFL Yohan Kroyff İnstitutu ilə əməkdaşlığa başladı
"Bizi “Moneyball” fəlsəfəsi ruhlandırdı" - Maqsud Adıgözəlov
"UEFA turnirinin "Qarabağ"ın çempionluğunda böyük rolu oldu"
"Trabzonspor" tarixinin ən bahalı transferini etdi
Dzeko millidə son oyununa çıxacaq
"Mançester Siti"dən "Benfika"ya keçdi
Misli Premyer Liqasında 4-cü turun hakimləri müəyyənləşdi
"Sabah"ın rəqibindən 3 transfer
Stefan El-Şaaravinin yeni klubu açıqlandı
Fabreqas A Seriyasının ən yaxşı məşqçisi seçildi
"Sabah" futbolçusunu icarəyə göndərdi
Daha bir klub ev oyunlarını Şamaxıda keçirəcək
Obameyanq Qabon millisindən getdi
"Napoli" kapitanla müqaviləni uzatdı
“Sabahın Ulduzları”: 8-ci tur başladı
"Səbail"dən adının dəyişdirilməsi ilə bağlı - Açıqlama