“Neftçi”nin kapitanı Emin Mahmudov Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində “Bney Yehuda”ya uduzduqları matçdan (1:2) sonra jurnalistlərin suallarını cavablandırıb.
Qol.az xəbər verir ki, o, mərhələni keçməyə layiq olmadıqlarının bildirib.
- İlk növbədə azarkeşlərimizdən üzr istəyirəm. Çünki onlar bizi Bakıda da, burda da sonadək dəstəklədilər. Oyuna gəlincə, bütün mübarizələri uduzduq. Uşaq səhvlərindən qollar buraxdıq, ön xətdə heç nə yarada bilmədik. Bu cür futbolla mərhələni keçməyə layiq deyildik.
- Amma “Neftçi” əvvəlki mərhələlərdə belə deyildi. Nə dəyişdi?
- Yəqin psixologiyamız belədir ki, bir uğurlu oyundan sonra göylərə qalxırıq.
- Bu məğlubiyyətdən sonra çempionatda özünüzə necə gələcəksiniz?
- Mütləq özümüzə gəlməliyik. Çünki məğlubiyyəti həzm etməyə vaxtımız da yoxdur. Ötən mövsüm böyük xal fərqi yaratsaq da, qış fasiləsindən sonra “Qarabağ” demək olar bütün oyunlarda qələbə qazanıb çempion oldu. Ümumiyyətlə, çempionatda hər oyuna tam məsuliyyətlə çıxmalıyıq. Nəhayət, mübarizə aparmalıyıq, meydanda gəzişməməliyik.
- Bu məğlubiyyətdə əsas səbəb Tula “Arsenal”ı üzərində qələbələrdən sonra arxayınlığın yaranmasıdır?
- Bilmirəm problem nədədir. Bəlkə, qeyd etdiyiniz məqamın da rolu var. İki qol buraxdıqdan sonra ayılırıq və mübarizə aparmağa başlayırıq. Döyüşə ilk dəqiqədən başlamaq lazımdır.
- Yarımmüdafiənin mərkəzində tək qalmışdınız - nə Soni Mustivar sənə dəstək olurdu, nə də Mamadu Kane. Elə cinahlar da “fil qulağı”nda yatmışdı. Rauf Əliyev topsuz idi. Axı, ilk oyunun birinci 45 dəqiqəsindən dərs çıxarmaq olardı. Ancaq İsraildə də analoji ilk 45 dəqiqə izlədik.
- Tək cinahlar yox, bütün komanda yatmışdı. Özü də bu iki oyunda bənzər yalnız ilk 45 dəqiqələr yox, hər iki 90 dəqiqə oldu. Bəli, ilk matçdan sonra baş məşqçimiz bizə nə etməli, necə etməli olduğumuzu izah etmişdi. Təəssüf ki, onun dediklərinin heç birini yerinə yetirmədik. (Report)
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti
"Neftçi" - "Kəpəz": Heyətlər
Yenə dünya çempionu oldular
Tuhel: “Millətlər Liqasında birinci olmalıyıq”
"Qarabağ" - "Turan Tovuz": Heyətlər açıqlandı
İngiltərənin Xorvatiya və İspaniya ilə oyunlar üçün heyəti
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
"Turan Tovuz"un legioneri milliyə dəvət aldı
Futbol meydanlarından Zəfər meydanlarına
Azərbaycan – Latviya oyununun hakimləri açıqlandı
Oyuna çıxmayan "Mingəçevir"ə texniki məğlubiyyət verildi
Emin Mahmudov millidəki karyerasını bitirir - Rəsmi
Ayxan Abbasov milliyə 27 futbolçu çağırdı - Mezzotero da var
Məşhur klubun prezidenti 6 aylıq cəzalandırıldı
Baş məşqçi 20 ildən sonra klubdan gedir
"Sabah" legioneri ilə yollarını ayırdı
“Ronaldo milli karyerasını bundan pis başa vura bilməzdi”
İspaniyada futbolçular oyunların təxirə salınmasını istəyir
Kamilo Duran Azərbaycan bayrağını gördü və… - Video
Konfrans Liqası: “Trabzonspor” uduzdu
Avropa Liqasında gecənin nəticələri
Messinin 10 nömrəli forması boş qalacaq
Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər