Azərbaycanlı FIFA referisi Əliyar Ağayev Çempionlar Liqasının III
təsnifat mərhələsində LASK (Avstriya) - "Bazel" (İsveçrə) görüşünü idarə
edib.
Qol.az xəbər verir ki, meydan sahiblərinin 3:1 hesabı ilə
qalib gəldikləri oyunda Ağayev 35 kobudluq qeydə alıb. Bunlardan 20-ni ev
sahibləri, 15-ni qonaqlar edib.
Referimiz futbolçulara iki rəsmi
xəbərdarlıq edib. O, hər komandadan bir oyunçuya sarı vərəqə
göstərib.
Qeyd edək ki, LASK iki oyunu nəticəsinə görə (2:1, 3:1)
pley-offa yüksəlib.