"Qarabağ"ın futbolçusu Miçel Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində APOEL-ə 0:2 hesabı ilə uduzduqları cavab oyunundan sonra jurnalistlərin suallarını cavablandırıb. Qol.az-ın məlumatına görə, o, məğlubiyyəti şərh edib.
- “Qarabağ” bu gün niyə uduzdu?
- Futboldur, bəzən alınmır. Hərdən gözlənilməz şəkildə uduza və ya qalib gələ bilərsən. İrəli baxmaq lazımdır.
- Nəticə gözlənilməz oldu?
- APOEL-in qələbəsi niyə gözlənilməz olsun ki? İlk oyunda biz, bu dəfə onlar qalib gəldi.
- Komandada arxayınlıq var idi?
- Oyuna köklənmişdik. Alınmadı, nə edək?
- “Qarabağ” baxımlı futbol oynayan komandadır. Bu gün onu görmədik. Meydanda istədiyinizi niyə edə bilmirdiniz?
- Razıyam ki, istədiyimiz alınmadı. 3-4 qol şansımız oldu, onlardan yararlansaydıq, fərqli olacaqdı. Hətta “Barselona” və “Real”ın da uğursuz günləri olub. “Qarabağ” hər matçı yaxşı keçirmək məcburiyyətində deyil.
- APOEL-dəki baş məşqçi dəyişikliyi oyuna təsir etdi?
- Bizim qol vəziyyətlərimiz oldu, alınmadı, top qapıya girmədi. Penaltidən fərqləndilər. İkinci hissədə də bir zərbəyə bir qol buraxdıq. Yenə deyirəm, futboldur, dramatikləşdirməyə dəyməz.
- İlk oyundakı nəticəni gözlənilməz, bu nəticəni isə gözlənilən adlandırmaq olar? Kənardan belə görünürdü.
- Sizi alqışlamaq lazımdır ki, öncədən hər şeyi görürsünüz. Təkrar edirəm ki, bizdə alınmadı.
İtaliya millisində itki
"Braqa"nın yetirməsi "Əl-İttihad"da
“Real" yalnız bizə hörmət edirdi”
"Şamaxı"dan yeni transfer - Rəsmi
Millimiz İslandiyaya qalib gəldi
Portuqaliya prezidenti Jota və Koştanı ordenlə təltif etdi
"Neftçi"dən ayrılan müdafiəçi "Sumqayıt"da - Rəsmi
"Qvardiola dedi ki, heç kəs üçün asan olmayacaq"
Donnarumma “Mançester Siti”yə keçidindən danışdı
"Bayer" onu icarəyə verməyə razı oldu
"Barselona"da itki
"Atletiko"nun futbolçusu 4 həftə oynamayacaq
"Milan" onu satır
Qurban Qurbanov onun adını siyahıya niyə salmadı?
Tovuz şəhər stadionunun son durumu - Şəkillər
"Neftçi"nin futbolçusu cəzalandırıldı
AFFA bu klubları cərimələdi
Millimiz Reykyavikdə məşqə çıxdı - Şəkillər
İslandiya - Azərbaycan oyununun hakimləri açıqlandı
"İnter" rədd cavabı aldı