Çempionlar Liqasının 3-ci təsnifat mərhələsində keçiriləcək "Qarabağ" - APOEL oyununa bilet satışı davam edir.
Qol.az Ağdam klubunun rəsmi Feysbuk səhifəsinə istinadən xəbər verir ki, artıq 24 min bilet alınıb. Biletlərin qiymətləri sektorlar üzrə 2, 5, 10 və 50 AZN-dir.
Biletlərin satış məntəqələri:
Tofiq Bəhramov adına Respublika stadionunun kassaları
Gənclik və 28 Mall (iticket satış məntəqəsi)
Park Bulvar AVM (iticket satış məntəqəsi)
ASAN 2, 3 (Yasamal, Amay t/m)
İticket.az (onlayn)
Xatırladaq ki, "Qarabağ" Kiprdə APOEL-ə 2:1 hesabı ilə qalib gəlib. Avqustun 13-ü, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək cavab matçı saat 20:30-da başlayacaq.
ÇL matçına çıxmamaq cəzasından son anda xilas oldu
La Liqanın ən bahalı futbolçuları kimlərdir?
“Şəki Siti”nin əzmkar geridönüş qələbəsi - Video
MLS rəhbərliyi çempionat təqvimində dəyişiklik edir
"Barselona"dan yeni rekord