Azərbaycan Premyer Liqasında yeni mövsüm start götürür.
Qol.az xəbər verir ki, sayca 28-ci ölkə çempionatı 16 avqustda başlayacaq.
Arxada qalan 27 birincilikdə “Neftçi” 8, “Qarabağ” 7, “Kəpəz” 3, “Şəmkir”, “Bakı”, “Keşlə” (əvvəlki “İnter”) hərəyə 2, “Turan” və “Xəzər Lənkəran” hərəyə 1 dəfə çempion adına yiyələnib. 2001/02 mövsümü isə başa çatdırılmayıb.
1992-ci ildən keçirilən çempionatın 27 mövsümündə 60 klub mübarizə aparıb. Onlardan yalnız ikisi – “Neftçi” və “Qarabağ” bütün çempionatlarda çıxış edib. Paytaxt təmsilçisi yarışın ümumi cədvəlində 1-cidir. “Qarabağ”ın 2-ci olduğu siyahıda “üçlüy”ü “Keşlə” tamamlayır.(pfl.az)
ÇL matçına çıxmamaq cəzasından son anda xilas oldu
La Liqanın ən bahalı futbolçuları kimlərdir?
“Şəki Siti”nin əzmkar geridönüş qələbəsi - Video
MLS rəhbərliyi çempionat təqvimində dəyişiklik edir
"Barselona"dan yeni rekord