AFFA Məşqçilər Komitəsinin üzvü Şahin Diniyev “Qarabağ” və “Neftçi”nin avrokuboklardakı çıxışı ilə əlaqədar Qol.az saytının suallarını cavablandırıb
- “Qarabağ” dünən Çempionlar Liqasının üçüncü mərhələsində Kiprdə APOEL-ə 2:1 hesabı ilə qalib gəldi. Ağdam klubu ilə bağlı fikirləriniz necədir?
- “Qarabağ” öz oyun üslübunu qoruyur. Həm yaxşı oyun, həm də yaxşı nəticə mühüm amillərdir. Bunlardan birinin olmaması oyunda tarazlığı pozur. “Qarabağ” isə bunların hər ikisini birləşdirə bilib. APOEL ilə oyunda da komanda bir daha sübut etdi ki, Avropa təcrübəsinə malikdir. İlk 15-20 dəqiqədə ehtiyatlı oyun nümayiş etdirən və sonrakı dəqiqələrdə təzyiqlərə davam gətirə bilən “Qarabağ” öz oyun üslubunu tapıb layiqli qələbə qazandı. Görünən o idi ki, dünənki matçda “Qarabağ” taktiki və texniki baxımından APOEL-dən üstün idi. İnanıram ki, Ağdam klubu qarşıdakı görüşə də ciddi yanaşaraq mərhələni adlayacaq.
- “Qarabağ”ın heyəti güclənmiş kimi görünür. Sizcə, bu komanda ÇL-də hara qədər irəliləyə bilər?
- “Pley-off”a düşsə, PAOK - “Ayaks” cütünün qalibi ilə oynayacaq. Digər məsələlər isə artıq komandanın özündən asılıdır.
- “Qarabağ”ın yeni transferləri haqda nə düşünürsünüz?
- “Qarabağ”ın etdiyi transferlər arasında bəyəndiyim bir nəfərin adını çəkə bilərəm - Xayme Romero. Bununla belə dünən ehtiyatda da iki yeni oyunçu yer alırdı ki, onlardan birinin gücünü 15-20 dəqiqə də olsa görə bildik. Ancaq bu qısa vaxt da oyunçunun nə qədər güclü olduğunu demək üçün yetərli deyil.
- “Qarabağ” ÇL-də “pley-off”a düşsə, “Ayaks”, yoxsa yaxın keçmişdə də rəqibi olan PAOK ilə qarşılaşmağını istərdiniz?
- Azərbaycan azarkeşinin arzusu “Ayaks”ı Bakıda görməkdir. Rəqib kimi “Ayaks”ı istəməzdik. Çünki təcrübə və gənc heyətin keçən mövsüm “Yuventus”, “Real” kimi komandaları məğlub etməsi “Ayaks”ın nə qədər güclü komanda olduğunu sübut edir. Ona görə də hər bir azarkeş top klubu öz meydanında görmək istəyir. Amma “Qarabağ” bundan sonra da daha uğurlu çıxışı üçün PAOK daha münasibdir.
“Bney Yehuda” İsrail futbolunun nə top klubu, nə də simasıdır”
- “Neftçi” haqda nə deyə bilərsiniz?
- İlk mərhələdə tanınmayan Moldova klubunu məğlub etməsi səs-küyə səbəb olmasa da, Rusiya “Arsenal”ı ilə matçda “Neftçi” hansı gücə sahib olduğunu sübut edə bildi. Futbolçuların ustalıq səviyyəsi, psixoloji hazırlıq, müdafiədə inamlı oyunu komandanın yaxşı cəhətlərindəndir. Bununla belə, arxayınlaşmaq olmaz. Bu cür Avropa səviyyəli turnirlərdə növbəti mərhələni düşünməkdən çox cari oyunlar haqqında fikirləşmək mühümdür. Çünki avrokuboklarda istənilən komanda cavab görüşündə fərqli oyun göstərməyə qadirdir. Komanda əvvəlki oyunlarda bizi yaxşı mənada təəccübləndirdi. İndi qarşıda “Bney Yehuda” ilə görüşlər var. Bu oyunda “Neftçi”nin şansı çoxdur. İsrail klubu Avropa top klublarından deyil, mövcud vəziyyətdə “Neftçi” istənilən komponentdə rəqibi üstələyir. Komanda kağız üzərində favorit hesab olunur. Ancaq bu, kağız üzərində də qalır. Oyunda tamam fərqli bir mənzərə ilə qarşılaşa bilərik.
- Yeri gəlmişkən, özünüz İsrail futboluna yaxından bələdsiz. Futbolçu kimi həmin ölkədə oynamısınız. Sizcə, “Neftçi” ən çox nələrə diqqət yetirməlidir?
- İsraildə hər ölkədə olduğu kimi top klublar var və onlar liqanın siması hesab olunurlar. “Bney Yehuda” isə İsrail futbolunun nə top klubu, nə də simasıdır. Keçən il liqada 5-ci yeri tutub və ölkə kubokunu qazanaraq Avroliqaya vəsiqə qazanıb. Orada çıxış etdiyim 20 il ərzində həmişə iki top klub: “Makkabi” Tel-Əviv və “Makkabi” Hayfa. “Bney Yehuda” İsrail futbolunun ən güclüsü hesab olunmayıb. Bu baxımdan, “Neftçi” hər bir cəhətdə - istər transferlərinə görə, istərsə də təcrübə baxımından üstündür. Komandamız favoritdir. Ancaq bu aldadıcı da ola bilər. Bu səbəbdən əvvəlki oyunlar kimi İsrail təmsilçisi ilə matçlara da ciddi yanaşmaq lazımdır.
Ona görə də indi Avropa Liqasının qrup haqda danışmaq tezdir. Çünki qarşıda “Bney Yehuda” və əgər bu mərhələdə keçirilərsə, böyük ehtimal İsveç “Malmö”sü ilə oyunlar var.
- Bayaq “Qarabağ”ın transferləri barədə soruşmuşdum. “Neftçi”nin yeni oyunçuları haqda da fikirlərinizi bilmək istərdik.
- Bu komandanın yeni transferləri azarkeşlərə və Azərbaycan çempionatına tanış simalardır. Onların transferləri daha yaxşıdır. Rauf Əliyev, Dario, Monroz, Stankoviç Azərbaycan futboluna bələd olan adlardır. Bu sarıdan “Neftçi”nin uğurlu oyunçular aldığını düşünürəm.
Azad NURİYEV
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti
"Neftçi" - "Kəpəz": Heyətlər
Yenə dünya çempionu oldular
Tuhel: “Millətlər Liqasında birinci olmalıyıq”
"Qarabağ" - "Turan Tovuz": Heyətlər açıqlandı
İngiltərənin Xorvatiya və İspaniya ilə oyunlar üçün heyəti
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
"Turan Tovuz"un legioneri milliyə dəvət aldı
Futbol meydanlarından Zəfər meydanlarına
Azərbaycan – Latviya oyununun hakimləri açıqlandı
Oyuna çıxmayan "Mingəçevir"ə texniki məğlubiyyət verildi
Emin Mahmudov millidəki karyerasını bitirir - Rəsmi
Ayxan Abbasov milliyə 27 futbolçu çağırdı - Mezzotero da var
Məşhur klubun prezidenti 6 aylıq cəzalandırıldı
Baş məşqçi 20 ildən sonra klubdan gedir
"Sabah" legioneri ilə yollarını ayırdı
“Ronaldo milli karyerasını bundan pis başa vura bilməzdi”
İspaniyada futbolçular oyunların təxirə salınmasını istəyir
Kamilo Duran Azərbaycan bayrağını gördü və… - Video
Konfrans Liqası: “Trabzonspor” uduzdu
Avropa Liqasında gecənin nəticələri
Messinin 10 nömrəli forması boş qalacaq