APOEL-in yarımmüdafiəçisi Uros Matiç Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində “Qarabağ”a evdə uduzduqları oyunu (1:2) şərh edib. Qol.az-ın Kipr mətbuatına istinadən yaydığı xəbərə görə, görüşdən sonra yerli jurnalistlərə açıqlama verən serb oyunçu bildirib ki, bu məğlubiyyətə heç bir bəhanə ola bilməz.
- APOEL növbəti mərhələyə adlamaq üçün nə etməlidir?
- İlk növbədə mən bizə ağrılı olan bu nəticədən narazıyam. Birinci hissədə ümumən yaxşı çıxış etdik. Amma ruhdan düşməməliyik. Bu, yalnız birinci oyun idi. Qarşıda cavab görüşü var. Merkisin son dəqiqədə vurduğu qol bizə təkrar matç üçün güc və motivasiya verir.
- “Qarabağ” haqda fikirləriniz necədir?
- Bəli, güclü komandadır. Əlavə qollar vurmaq üçün də şansları oldu. Bizdə də həmçinin. Pavloviçin imkanı yaranmışdı. Amma futbolda belə şeylər təbiidir. Cavab matçına kimi altı gün vaxtımız var. Çoxlu işləməliyik ki, istəyimizə nail olaq.
- APOEL-dən Bakıda oyunda gözləntiniz nədir?
- Bizim yaxşı hücumçularımız var. Səfərdə nəticəni öz xeyrimizə dəyişməliyik. Bu, futboldur. Cavab görüşünə nikbin yanaşmalı, qələbəyə inanmalıyıq.
Qeyd: Bakıda keçiriləcək “Qarabağ” – APOEL oyunu avqustun 13-də olacaq.
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti
"Neftçi" - "Kəpəz": Heyətlər
Yenə dünya çempionu oldular
Tuhel: “Millətlər Liqasında birinci olmalıyıq”
"Qarabağ" - "Turan Tovuz": Heyətlər açıqlandı
İngiltərənin Xorvatiya və İspaniya ilə oyunlar üçün heyəti
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
"Turan Tovuz"un legioneri milliyə dəvət aldı
Futbol meydanlarından Zəfər meydanlarına
Azərbaycan – Latviya oyununun hakimləri açıqlandı
Oyuna çıxmayan "Mingəçevir"ə texniki məğlubiyyət verildi
Emin Mahmudov millidəki karyerasını bitirir - Rəsmi
Ayxan Abbasov milliyə 27 futbolçu çağırdı - Mezzotero da var
Məşhur klubun prezidenti 6 aylıq cəzalandırıldı
Baş məşqçi 20 ildən sonra klubdan gedir
"Sabah" legioneri ilə yollarını ayırdı
“Ronaldo milli karyerasını bundan pis başa vura bilməzdi”
İspaniyada futbolçular oyunların təxirə salınmasını istəyir
Kamilo Duran Azərbaycan bayrağını gördü və… - Video
Konfrans Liqası: “Trabzonspor” uduzdu
Avropa Liqasında gecənin nəticələri
Messinin 10 nömrəli forması boş qalacaq