Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində bu gün APOEL-lə qarşılaşacaq “Qarabağ”da futbolçularla bağlı son durum bəlli olub.
Qol.az-ın xəbərinə görə, zədəsi olan müdafiəçi Bədavi Hüseynov və yarımmüdafiəçi Filip Ozobiç bu matçı buraxacaq. “Dundalk”la ÇL-in ikinci mərhələsinin cavab matçında və məşqlər zamanı zədələnən digər oyunçuların durumu isə yaxşıdır. Bu o deməkdir ki, adları çəkilən iki oyunçudan başqa bugünkü qarşılaşma üçün başqa heç bir oyunçunun zədə ilə bağlı ciddi problemi yoxdur və onlar oyuna hazırdırlar.
Bundan başqa, baş məşqçi Qurban Qurbanovun yeni transferlərdən müdafiəçi Rerrars Faysal və hücumçu Maqaye Qeyenin adını matçın iştirakçıları sırasına - “18”liyə daxil edəcəyi gözlənilir.
APOEL
APOEL-lə gəlincə, komandanın əsas futbolçularından olan Musa Əl-Tamari ilə bağlı narahatlıq var. ÇL-in ikinci mərhələsinin “Sutyeska” (Monteneqro) ilə cavab matçında (3:0) zədələnən iordaniyalı 22 yaşlı hücumameylli yarımmüdafiəçi məşqlərə başlasa da, onun “Qarabağ”la bugünkü matçda iştirak edib-etməyəcəyi hələlik dəqiqləşməyib. APOEL-in digər zədələnmiş futbolçusu - müdafiəçi Vuyadin Saviçin isə matça hazır olacağı gözlənilir.
Xatırladaq ki, APOEL – “Qarabağ” oyunu bu gün Bakı vaxtı ilə saat 21.00-da başlanacaq.
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti
"Neftçi" - "Kəpəz": Heyətlər
Yenə dünya çempionu oldular
Tuhel: “Millətlər Liqasında birinci olmalıyıq”
"Qarabağ" - "Turan Tovuz": Heyətlər açıqlandı
İngiltərənin Xorvatiya və İspaniya ilə oyunlar üçün heyəti
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
"Turan Tovuz"un legioneri milliyə dəvət aldı
Futbol meydanlarından Zəfər meydanlarına
Azərbaycan – Latviya oyununun hakimləri açıqlandı
Oyuna çıxmayan "Mingəçevir"ə texniki məğlubiyyət verildi
Emin Mahmudov millidəki karyerasını bitirir - Rəsmi
Ayxan Abbasov milliyə 27 futbolçu çağırdı - Mezzotero da var
Məşhur klubun prezidenti 6 aylıq cəzalandırıldı
Baş məşqçi 20 ildən sonra klubdan gedir
"Sabah" legioneri ilə yollarını ayırdı
“Ronaldo milli karyerasını bundan pis başa vura bilməzdi”
İspaniyada futbolçular oyunların təxirə salınmasını istəyir
Kamilo Duran Azərbaycan bayrağını gördü və… - Video
Konfrans Liqası: “Trabzonspor” uduzdu
Avropa Liqasında gecənin nəticələri
Messinin 10 nömrəli forması boş qalacaq