Bakıda keçiriləcək Avropa Liqasının final oyununun iştirakçıları “Arsenal”la “Çelsi” onlara ayrılmış biletlərin bir qismindən imtina etmək istəyirlər.
Qol.az-ın “The Times” nəşrinə istinadən yaydığı xəbərə görə, hər komanda üçün 5800 bilet ayrılsa da, finalçılar uyğun olaraq cəmi 3000 və 2500 bilet sata biliblər. Yerdə qalan ümumilikdə 6000-ə yaxın biletin geri qaytarılması planlaşdırılırr. UEFA hər komandaya matçın keçiriləcəyi stadionun tutumunun 10 faizi qədər bilet ayırmışdı ki, bu da Bakı Beynəlxalq Hava Limanının tutumu ilə əlaqədar verilmiş qərar idi.
Hətta UEFA-nın sponsorlar üçün ayırdığı 2000 bilet də qaytarıla bilər. Əsas problemlər kimi isə Azərbaycana səyahətin çətinliyi və baha olmağı qabardılır.
Finalçıların və sponsorlar biletləri qaytaracağı təqdirdə, həmin biletlər yenidən satışa çıxarılacaq.
Qeyd edək ki, final görüşü mayın 29-u keçiriləcək.
“Milan”dan ayrılacaqlar
"Türkiyə ilə matçda sakit qalmalıyıq"
Klub azarkeşlərə görə cəzalandırıldı
Ronaldo Norveçlə matçda ehtiyatda
Litva - Azərbaycan matçından - Video
Kosovo uduzdu, Danimarkadan qələbə
Portuqaliya millisində itki
"Karyeramda belə məyusluq yaşamamışdım"
"Qəbələ" "Karvan-Yevlax"la qarşılaşdı
Oyundan imtina etdi, müdafiəçi ehtiyat qapıçı oldu
Azərbaycan millisi Litvadan xalla qayıdır
“İmişli” “Araz-Naxçıvan”a qalib gəldi
“Barselona”dan ayrıla bilər
"Napoli" onları göndərməyə hazırlaşır
Mahir qol vurdu, milli əsgər salamı verdi - Video
Şotlandiya - Azərbaycan matçının hakimləri açıqlandı
“Yuventus”a keçə bilər
“Real” Mbappenin millidə zədələnməsindən narazı qalıb
Litva - Azərbaycan: Heyətlər açıqlandı
41 yaşlı Modriç qol rekordunu yenilədi
Litvada şəhidlərin xatirəsi yad edildi - Şəkillər
Litva - Azərbaycan oyunu bu kanalda
Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib