Mundialda daha bir baş məşqçi istefası gerçəkləşdi

DÇ-2010 30 İyun 2010 / 13:07 2332
-  A +

Cənubi Afrika Respuklikasında keçirilən 19-cu dünya çempionatının final mərhələsində daha bir məşqçi istefası gerçəkləşib. Qol.Az-ın məlumatına görə, Yaponiya yığmasının baş məşqçisi Takeşi Okada 1/8 final mərhələsinin dünən keçirilən Paraqvayla qarşılaşmasındakı uğursuzluqdan dərhal sonra istefa verməyi qərar alıb. O, əsas vaxtı 0:0 bitən, penaltilər seriyasında isə paraqvaylıların qələbəsi ilə başa çatan qarşılaşmadan sonra istefa qərarını belə izah edib: “Düşünmürəm ki, bu vəzifədə başqa nə isə edə bilərəm”.


Son xəbərlər