Bu gün dünya çempionatında 1/8 finalın növbəti oyunları keçirilib. Qol.Az-ın məlumatına görə, əsas diqqətlər öncə Bakı vaxtı ilə saat 19:00-da başlanan Almaniya - İngiltərə matçına yönəlib. Hər iki komanda mundialın erkən finalı da adlandırılan bu oyunda qələbə qazanmaq iddiasında idi. Maraq üçün qeyd edək ki, İngiltərə tarixində birinci və hələlik son çempionluğunu məhz almanlar üzərindəki qələbə sayəsində əldə edib. 1966-cı ildə Londonda keçirilmiş final matçında ingilislər rəqibini 4:2 hesabı ilə məğlubiyyətə uğratmışdı. Həmin oyunda həmyerlimiz Tofiq Bəhramovun verdiyi məşhur qərar isə bu gün də müzakirə olunmaqdadır. Üstündən 44 il ötməsinə baxmayaraq, almanlar bugünkü qarşılaşmada həm də qisas eşqiylə alışıb-yanırdı ki, onlar nəhayət bu istəklərinə çatıblar. Onlar iki ardıcıl qolla hesabda öndə olsalar da, 37-ci dəqiqədə fərq azalıb. Bundan cəmi bir dəqiqə sonra ingilislər elə Bəhramovun qeydə aldığı qol kimi mübahisəli top vursalar da, hakim bunu hesaba almayıb. Halbuki qol tam qaydalar çərçivəsində vurulmuşdu. Belədə ruhdan düşən ingilislər fasilədən sonra buraxdığı növbəti iki qolla mundialla vidalaşmaq məcburiyyətində qalıblar. Almanlar isə adını 1/4 finala yazdırıb. Günün ikinci oyununda isə Argentina Meksikayla qarşılaşıb. Bu matça da hakimlər öz damğasını vurub. Maradonanın komandasının vurduğu ilk qolda Teves ofsayddan fərqlənsə də, hakimlər buna göz yumub. Nəticədə daha iki qol buraxan meksikalılar DÇ-ki mübarizəni dayandırmalı olub. Argentina isə 1/4 finalda Almaniya ilə qarşılaşmaq hüququ qazanıb.
23:30. Argentina - Meksika 3:1
QOL: Teves, 26 (1:0). İquayn, 33 (2:0). Teves, 52 (3:0). Ernandes, 71 (3:1)
Yohannesburq. Sokker Siti stadionu.
Baş hakim: Roberto Rozetti (İtaliya)
ARGENTİNA: Romero, Demişelis, Burdisso, Hayntse, De Mariya (Qutyerres, 79), İquayn, Messi, Teves (Veron, 69), Maskerano, Otamendi, Rodriqes (Pastore, 87).
MEKSİKA: Peres, F.Rodriqes, Salsido, Markes, Osorio, Torrado, Ernandes, Xuares, C.Dos Santos, Quardado, Bautista (Barrera, 46).
19:00. Almaniya - İngiltərə 4:1
QOLLAR: Kloze, 20 (1:0). Podolski, 32 (2:0). Apson, 37 (2:1). Müller, 67 (3:1). Müller, 70 (4:1).
Blumfonteyn. Fri Steyt stadionu.
Baş hakim: Xorxe Larrionda (Uruqvay)
ALMANİYA: Noyer, Fridrix, Xedira, Şvaynştayger, Özil (Kislinq, 83), Podolski, Kloze (Qomes, 72), Müller (Troxovski, 72), Lam, Mertezaker (k), Boatenq.
İNGİLTƏRƏ: Ceyms, Conson (Rayt-Filips, 87), E.Koul, Cerrard (k), Terri, Lempard, Runi, Berri, Apson, Milner (C.Koul, 64), Defo (Heski, 71).
Qolu avtoqol sayıldı, özü isə zədələndi
Toralın komandası böyük hesabla qalib gəldi
"Real" "Barselona"nın uğurlu seriyasına son qoya bilər
"Sabah" - "Qarabağ" matçından - Video
“Belə hallar dünya futbolunda da olur” - Qurban Qurbanov
Azərbaycan millisi Avstraliyaya məğlub oldu
Acun Ilıcalının klubunun qələbə həsrəti davam edir
"İmişli" "Şamaxı"nı belə məğlub etdi - Video
"Sabah" - "Qarabağ" matçında heç-heçə, "İmişli"dən qələbə
Eldəniz və Sənan dünya çempionu oldu
Renat Dadaşovun komandası heç-heçəyə razılaşdı
İnfantino və Venger “Sabah” - “Qarabağ” oyununda - Video
“Məğlubiyyət öz səhvlərimizin nəticəsi oldu” - Azər Bağırov
Fırtına təhlükəsi olsa da, matç keçiriləcək
"Sabah" - "Qarabağ" matçının heyətləri açıqlandı
AFFA prezidenti millinin oyununu izlədi - Şəkillər
"Araz-Naxçıvan" ÇL oyunlarına bu futzalçılarla yollandı
"El-Klasiko"nu buraxacaqlar
"İmişli" - "Şamaxı": Heyətlər
Neymar qırmızı vərəqədən sonra susmadı
Mahirin komandasından növbəti məğlubiyyət
Stefano Pioli: “Məni hələ məşqçi kimi silmək olmaz”
Prezidentin futbolçularla görüşündə maraqlı anlar - Video
Balayev müsahibəni niyə yarımçıq saxladı? - Video
“Sabah”ın futbolçusu Almaniya klubuna keçmək istəyir, amma…
“Tottenhem”dən 40 illik həsrətə son - Video
Canni İnfantino İlham Əliyevə təşəkkür edib
Nərimanın komandası qalib gəldi - Superliqa
London derbisini "Tottenhem" qazandı, "Arsenal"dan qələbə
Şeydayev oynadı, "Soçi" qələbə qazandı
Baş məşqçi meydandan qovuldu
Rüfət Abdullazadənin komandası məğlub oldu
“Məğlub olmadığımıza görə razı qala bilərik” - Yuri Vernidub
"Neftçi" - "Turan Tovuz" matçından - Video
Kurban Berdıyev heç-heçəni şərh etdi
Azərbaycanın iki güləşçisi dünya çempionatının finalında