DÇ-2010-da daha bir məşqçi istefası

DÇ-2010-da daha bir məşqçi istefası
DÇ-2010 25 İyun 2010 / 15:40 2350
-  A +

Kamerun millisinin baş məşqçisi Pol Le Quen tutduğu vəzifəni tərk edir. Qol.Az-ın «Reuters»ə istinadən verdiyi məlumata görə, bu haqda fransalı mütəxəssis komandasının medialın qrup mərhələsinin Hollandiyaya qarşı son oyunundan (1:2) sonra bildirib. «Mənim müqaviləmin müddəti başa çatır. Hər şey ona doğru gedir ki, mən komandanı tərk etməliyəm. Kiminsə adını çəkmək və kimisə ittiham etmək istəmirəm. Etiraf edirəm ki, istədiyim komandanı yarada bilmədim. Mən Hollandiya ilə oyundan çox şey gözləyirdim. Təəssüf ki, heç nə alınmadı» - deyə o qeyd edib.


Son xəbərlər