Cənubi Afrika Respublikasında təşkil olunan futbol üzrə 19-cu dünya çempionatında daha bir oyun günü arxada qalıb. Qol.Az-ın məlumatına görə, mundialın 14-cü günündə də 4 qarşılaşma baş tutub. Həmin oyunlarla DÇ-nin F və E qruplarında da iştirakçı komandaların taleyinə tam şəkildə aydınlıq gəlib.
Öncə F qrupunda yer alan komandalar öz aralarındakı münasibətlərə aydınlıq gətiriblər ki, son dünya çempionu İtaliya sensasiyalı şəkildə qrupda qalmaq aqibətiylə üzləşib. “Skuadra adzurra” qrupun autsayderi Slovakiya ilə oyunda məğlub olsa, çıxışını dayandırmalı olacaqsı. Ona görə də, italiyalılara növbəti mərhələyə yüksəlmək üçün mütləq qələbə qazanmaq lazım idi. Düzdü, onlara heç-heçə də sərf edirdi. Lakin gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən qarşılaşmada italiyalılar çox çalışsa da, heç-heçə də edə bilməyiblər və nəticədə mundialla vidalaşıblar. Paraqvay - Yeni Zelandiya qarşılaşmasında isə tərəflər hesabı aça bilməyib. Nəticədə cənubi cənubi amerikalılar qrup lideri, Slovakiya isə qrup ikincisi kimi növbəti mərhələyə yüksəlib. Biabırçı çıxışla yadda qalan son dünya çempionu İtaliya qrup sonuncusu, 3-cü yerlə kifayətlənən Yeni Zelandiya isə DÇ ilə vidalaşıb.
E qrupunda Hollandiya vaxtından əvvəl 1/8 finala vəsiqəni rəsmiləşdirdiyindən, onların artıq ötən tur mundiala əlvida deyən Kamerun millisiylə oyununun heç bir əhəmiyyəti qalmamışdı. Lakin “narıncılar” növbəti qələbəsini qazanmaqla, qrupdan lider kimi 1/8-ə yüksəldilər. Güman ki, onlar bununla daha ideal rəqib olan digər qrupun ikincisi Slovakiya ilə qarşılaşmaq üçün buna daha çox can atırdı. Bu qrupdakı əsas mübarizə isə Danimarka ilə Yaponiya arasında gedirdi ki, artıq ilk yarıda üstünlüyünü hesabda əks etdirən yaponlar növbəti vəsiqəyə sahib çıxıblar. Digər iki yığma DÇ-dəki çıxışını yekunlaşdırarkən, Hollandiya 1/8-də Slovakiya, Yaponiya isə Paraqvay ilə qarşılaşmaq hüququna yiyələnib.
24 iyun
E qrupu
23:30. Danimarka - Yaponiya - 1:3
QOL: Honda, 17 (0:1). Endo, 30 (0:2). Tomasson, 81 (1:2). Okazaki, 88 (1:3)
Rustenburq. Royal Bafokenq stadionu
Baş hakim: Jerom Deymon (CAR)
DANİMARKA: Sorensen, Yakobsen, Kroldrup (Larsen, 56), Agger, S.B.Poulsen, Yorgensen (Y.Poulsen, 34), Kalenberq (Eriksen, 63), K.Poulsen, Romedal, Bendtner, Tomasson (k).
YAPONİYA: Kavasima, Naqatomo, Nakazava, Tulio, Komano, Abe, Matsuy (Okazaki, 74), Endo (İnamoto, 90+1), Okubo, Honda, Hasebe (k).
23:30. Kamerun - Hollandiya - 1:2
QOL: Van Persi, 36 (0:1). Eto`o, 65 (1:1). Huntelar, 84 (1:2).
Keyptaun. Qrin Point stadionu
Baş hakim: Pablo Pozo (Çili)
KAMERUN: Hamidu, Assu-Ekotto, Nkulu (Sonq, 73), Bonq (Abubakar, 56), Mbia, Bilonq, Ngemo, Ceremi, Makun, Eto`o, Çupo-Motinq (İdrissu, 72).
HOLLANDİYA: Stekelenburq, Bilahruz, Heytinqa, Mateysen, Van Bronkhorst, Van Bommel, Kyut (Elia, 67), Şneyder, Van der Vaart (Robben, 73), Van Persi (Huntelar, 59), Yonq.
1. Hollandiya 3 3 0 0 5-1 9
2. Yaponiya 3 2 0 1 4-2 6
3. Danimarka 3 1 0 2 3-6 3
4. Kamerun 3 0 0 3 2-5 0
F qrupu
19:00. Slovakiya - İtaliya - 3:2
QOL: Vittek, 26 (1:0). Vittek, 73 (2:0). Di Natale, 81 (2:1). Kopunek, 89 (3:1). Kvalyarella, 90+2 (3:2).
Yohannesburq. Ellis Park stadionu
Baş hakim: Hovard Uebb (İngiltərə)
SLOVAKİYA: Muxa, Pekarik, Şkrtel, Drutsa, Ştok, Ştrba (Kopunek, 87), Hamşik (k), Vittek (Şestak, 90+3), Kuçka, Jendrisek (Petras, 90+4), Zabavnik.
İTALİYA: Marketti, Zambrotta, Kannavaro (k), Kyellini, Krişito (Maggio, 46), Qattuzo (Kvalyarella, 46), De Rossi, Montolivo (Pirlo, 56), Yakinta, Pepe, Di Natale.
19:00. Paraqvay – Yeni Zelandiya - 0:0
Polokueyn. Peter Mokaba stadionu
Baş hakim: Yuiçi Nişimura (Yaponiya)
PARAQVAY: Vilyar, Da Silva, Morel, Vera, J.Kaseres, Riveros, Santa Kruz, Valdes (Benites, 66), Kanisa (k), V.Kaseres, Kardoso (Barrios, 66).
YENİ ZELANDİYA: Paston, Reyd, Nelsen (k), Smit, Bertos, Vişeliç, Elliot, Loçhed, Killen (Brokye, 79), Semlts, Fallon (Vud, 69).
1. Paraqvay 3 1 2 0 3-1 5
2. Slovakiya 3 1 1 1 4-5 4
3. Yeni Zelandiya 3 0 3 0 2-2 3
4. İtaliya 3 0 2 1 4-5 2
Qolu avtoqol sayıldı, özü isə zədələndi
Toralın komandası böyük hesabla qalib gəldi
"Real" "Barselona"nın uğurlu seriyasına son qoya bilər
"Sabah" - "Qarabağ" matçından - Video
“Belə hallar dünya futbolunda da olur” - Qurban Qurbanov
Azərbaycan millisi Avstraliyaya məğlub oldu
Acun Ilıcalının klubunun qələbə həsrəti davam edir
"İmişli" "Şamaxı"nı belə məğlub etdi - Video
"Sabah" - "Qarabağ" matçında heç-heçə, "İmişli"dən qələbə
Eldəniz və Sənan dünya çempionu oldu
Renat Dadaşovun komandası heç-heçəyə razılaşdı
İnfantino və Venger “Sabah” - “Qarabağ” oyununda - Video
“Məğlubiyyət öz səhvlərimizin nəticəsi oldu” - Azər Bağırov
Fırtına təhlükəsi olsa da, matç keçiriləcək
"Sabah" - "Qarabağ" matçının heyətləri açıqlandı
AFFA prezidenti millinin oyununu izlədi - Şəkillər
"Araz-Naxçıvan" ÇL oyunlarına bu futzalçılarla yollandı
"El-Klasiko"nu buraxacaqlar
"İmişli" - "Şamaxı": Heyətlər
Neymar qırmızı vərəqədən sonra susmadı
Mahirin komandasından növbəti məğlubiyyət
Stefano Pioli: “Məni hələ məşqçi kimi silmək olmaz”
Prezidentin futbolçularla görüşündə maraqlı anlar - Video
Balayev müsahibəni niyə yarımçıq saxladı? - Video
“Sabah”ın futbolçusu Almaniya klubuna keçmək istəyir, amma…
“Tottenhem”dən 40 illik həsrətə son - Video
Canni İnfantino İlham Əliyevə təşəkkür edib
Nərimanın komandası qalib gəldi - Superliqa
London derbisini "Tottenhem" qazandı, "Arsenal"dan qələbə
Şeydayev oynadı, "Soçi" qələbə qazandı
Baş məşqçi meydandan qovuldu
Rüfət Abdullazadənin komandası məğlub oldu
“Məğlub olmadığımıza görə razı qala bilərik” - Yuri Vernidub
"Neftçi" - "Turan Tovuz" matçından - Video
Kurban Berdıyev heç-heçəni şərh etdi
Azərbaycanın iki güləşçisi dünya çempionatının finalında