Bu gün Cənubi Afrika Respublikasında təşkil olunan futbol üzrə 19-cu dünya çempionatında növbəti oyunlar keçirilib. Qol.Az-ın məlumatına görə, mundialın 13-cü günündə də 4 qarşılaşma baş tutub. Həmin oyunlarla DÇ-nin C və D qruplarının da taleyinə tam şəkildə aydınlıq gəlib.
Öncə C qrupunda azarkeşlərin daha maraqla gözlədiyi İngiltərə millisinin taleyinə aydınlıq gəlib. Onlar qrupdan çıxmaq üçün mütləq lider Sloveniyaya qalib gəlməli idi ki, Kapellonun komandası bunun öhdəsindən gəlməyi bacarıb – 1:0. Digər cütdə isə ABŞ yalnız artırma dəqiqələrində vurduğu qolla azarkeşlərinə böyük sevinc yaşadıb. Nəticədə çoxlarının növbəti mərhələyə çıxacağına ümid bəslədiyi Sloveniya və sonuncu pillədə qərarlaşan Əlcəzair qrupda qaldığı halda, amerikalılar qrup qalibi, ingilislər isə qrup ikincisi kimi 1/8 finala vəsiqə qazanıb.
D qrupunda isə İngiltərə kimi qrupda qalmaq təhlükəsi olan Almaniya da minimal hesablı qələbə qazanmaqla sensasiyaya imkan vermədi. Özilin yeganə qolu sayəsində xallarının sayını altıya çatdıran almanlar qrup qalibi kimi 1/8 finala yüksəlib. Digər qarşılaşmada isə Serbiyanın qələbə qazanacağı proqnozlaşdırılsa da, bu baş verməyib. Əksinə avstraliyalılar qələbə qazanmaqla, avropalıların növbəti mərhələyə yolunu kəsiblər. Lakin 1/8-ə Avstraliya yox, almanlara uduzmasına rəğmən, daha yaxşı top fərqinə malik Qana millisi çıxıb.
Qeyd edək ki, D qrupunun qalibi Almaniyanı 1/8-də əzəli rəqibi İngiltərə, Qananı isə həmin qrupun birincisi ABŞ-la duel gözləyir. Sloveniya, Əlcəzair, Avstraliya və Serbiya isə DÇ-ki çıxışını başa vurmaq məcburiyyətində qalıb.
23 iyun
D qrupu
23:30. Qana – Almaniya - 0:1
QOL: Özil, 60 (0:1)
Yohannesburq. Sokker Siti stadionu
Baş hakim: Karlos Simon (Braziliya)
QANA: Kinqston, Mensa, Peyntsil, Mensa, Q.Asamoa (Amoa, 82), Sarpey, Annan, Eyu (Adia, 90), Taqo (Muntari, 64), K.Asamoa, Boatenq.
ALMANİYA: Noyer, Özil, Lam, Şvaynştayger (Krus, 81), Mertezaker, Xedira, Fridrix, Müller (Traxovski, 68), Podolski, Boatenq (Yansen, 73), Kakau.
23:30. Avstraliya – Serbiya - 2:1
QOL: Keyhil, 69 (1:0). Holman, 73 (2:0). Panteliç, 84 (2:1)
Nelspreyt. Mbombela stadionu
Baş hakim: Xorxe Larionda (Uruqvay)
AVSTRALİYA: Şvartser, Neyl, Bikamp, Uilkşir (Qarsiya, 82), Valeri (Çipperfild, 66), Emerton, Keyhil, Kulina, Kennedi, Breşiano (Holman, 66).
SERBİYA: Stoykoviç, Vidiç, İvanoviç, Kraşiç (Toşiç, 62), Obradoviç, Lukoviç, Yovanoviç, Stankoviç, Kuzmanoviç (Lazoviç, 78), Ninkoviç, Jiqiç (Panteliç, 67).
1. Almaniya 3 2 0 1 5-1 6
2. Qana 3 1 1 1 2-2 4
3. Avstraliya 3 1 1 1 3-6 4
4. Serbiya 3 1 0 2 2-3 3
C qrupu
19:00. Sloveniya – İngiltərə - 0:1
QOL: Defo, 23 (0:1).
Port Elizabet. Nelson Mandela stadionu
Baş hakim: Volfqanq Ştark (Almaniya)
SLOVENİYA: Handanoviç, Breçko, Şuler, Sezar, Koren (k), Lyubyankiç (Dediç, 62), Birsa, Radoslavyeviç, Kirm (Matavs, 79), Yokiç, Novakoviç.
İNGİLTƏRƏ: Ceyms, Conson, E.Koul, Cerard (k), Terri, Lempard, Berri, Defo (Heski, 86), Runi (Co Koul, 72), Milner, Apson
19:00. ABŞ – Əlcəzair - 1:0
QOL: Donovan, 90 (1:0).
QIRMIZI VƏRƏQƏ: Yahya, 90.
Pretoriya. Loftus Versfeld stadionu
Baş hakim: Frank de Blekere (Belçika)
ABŞ: Hovard, Bokaneqra (k), Bredli, Çerundolo, Dempsi, Qomes (Feylaber, 46), Donovan, Bernsteyn (Bisli, 81), Demerit, Altidor, Edu (Budl, 64).
ƏLCƏZAİR: Mboli, Bouqerra, Belhac, Yahya (k), Halliş, Lasen, Cebur (Gezal, 66), Matmur (Saifi, 86), Ziani (Quiedura, 69), Yebda, Kadir.
1. ABŞ 3 1 2 0 4-3 5
2. İngiltərə 3 1 2 0 2-1 5
3. Sloveniya 3 1 1 1 3-3 4
4. Əlcəzair 2 0 1 1 0-1 1
Qolu avtoqol sayıldı, özü isə zədələndi
Toralın komandası böyük hesabla qalib gəldi
"Real" "Barselona"nın uğurlu seriyasına son qoya bilər
"Sabah" - "Qarabağ" matçından - Video
“Belə hallar dünya futbolunda da olur” - Qurban Qurbanov
Azərbaycan millisi Avstraliyaya məğlub oldu
Acun Ilıcalının klubunun qələbə həsrəti davam edir
"İmişli" "Şamaxı"nı belə məğlub etdi - Video
"Sabah" - "Qarabağ" matçında heç-heçə, "İmişli"dən qələbə
Eldəniz və Sənan dünya çempionu oldu
Renat Dadaşovun komandası heç-heçəyə razılaşdı
İnfantino və Venger “Sabah” - “Qarabağ” oyununda - Video
“Məğlubiyyət öz səhvlərimizin nəticəsi oldu” - Azər Bağırov
Fırtına təhlükəsi olsa da, matç keçiriləcək
"Sabah" - "Qarabağ" matçının heyətləri açıqlandı
AFFA prezidenti millinin oyununu izlədi - Şəkillər
"Araz-Naxçıvan" ÇL oyunlarına bu futzalçılarla yollandı
"El-Klasiko"nu buraxacaqlar
"İmişli" - "Şamaxı": Heyətlər
Neymar qırmızı vərəqədən sonra susmadı
Mahirin komandasından növbəti məğlubiyyət
Stefano Pioli: “Məni hələ məşqçi kimi silmək olmaz”
Prezidentin futbolçularla görüşündə maraqlı anlar - Video
Balayev müsahibəni niyə yarımçıq saxladı? - Video
“Sabah”ın futbolçusu Almaniya klubuna keçmək istəyir, amma…
“Tottenhem”dən 40 illik həsrətə son - Video
Canni İnfantino İlham Əliyevə təşəkkür edib
Nərimanın komandası qalib gəldi - Superliqa
London derbisini "Tottenhem" qazandı, "Arsenal"dan qələbə
Şeydayev oynadı, "Soçi" qələbə qazandı
Baş məşqçi meydandan qovuldu
Rüfət Abdullazadənin komandası məğlub oldu
“Məğlub olmadığımıza görə razı qala bilərik” - Yuri Vernidub
"Neftçi" - "Turan Tovuz" matçından - Video
Kurban Berdıyev heç-heçəni şərh etdi
Azərbaycanın iki güləşçisi dünya çempionatının finalında