Nazir: «İtaliya Slovakiya ilə oyunu satın alacaq»

Nazir: «İtaliya Slovakiya ilə oyunu satın alacaq»
DÇ-2010 23 İyun 2010 / 13:34 2386
-  A +

İtaliyalı nazir Umberto Bossi İtaliya və Slovakiya komandalarının oyunu öncəsi sensasiyalı açıqlama verib. Qol.Az-ın məlumatına görə, nazir deyib ki, bu, danışılmış oyun olacaq.
Qeyd edək ki, qrupun son oyununda hazırkı dünya çempionunun mundialdakı taleyi həll olunacaq.
Hökumət üzvünün və baş nazir Silvio Berluskoninin əsas siyasi müttəfiqinin bu açıqlaması İtaliya Futbol Federasiyasının hiddətinə səbəb olub. Çünki Bossi tərəfindən artıq neçənci dəfədir millinin ünvanına ittihamlar səslənir.
"Görəcəksiniz, Slovakiya ilə oyun satın alınacaq. Növbəti mövsümdən isə bir neçə slovakiyalı futbolçu bizim çempionatda oynayacaq» - deyə Bossi jurnalistlərlə söhbətində bildirib.


Son xəbərlər