Cənubi Afrika Respublikasında təşkil olunan futbol üzrə 19-cu dünya çempionatında həlledici - üçüncü tura start verilib. Qol.Az-ın məlumatına görə, artıq həlledici xarakter daşıyan bu turda iki qrupun taleyinə tam şəkildə aydınlıq gəlib.
Öncə A qrupunda liderlər - Uruqvayla Meksika münasibətlərinə aydınlıq gətiriblər. Hamı bu kollektivlərin öz aralarında heç-heçə etməklə növbəti mərhələyə yüksələcəyini düşünsə də, belə olmayıb. Əksinə Uruqvay minimal hesablı qələbə sayəsində qrup lideri kimi 1/8-ə vəsiqəni rəsmiləşdirib. Lakin məğlubiyyətə baxmayaraq, Meksika da növbəti mərhələyə yüksəlib. Çünki qrupun digər matçında – Fransa – CAR qarşılaşmasında tərəflərdən heç biri böyükhesablı qələbə qazana bilməyib. Düzdü mundiala ev sahibliyi edən afrikalılar artıq ilk yarıda düşərgəsində ciddi problemlər yaşanan fransızların qapısına iki dəfə yol tapsa da, bundan artığına gücləri çatmayıb. Halbuki, artıq 26-cı dəqiqədən etibarən Fransa millisi azlıqda mübarizə aparıb. Əvəzində avropalılar fasilədən sonra hesab arasındakı fərqi azaltmağa nail olublar.
Afrika təmsilçisi qələbə qazanıb, xallarının sayını Meksikayla bərabərləşdirsə də, daha yaxşı top fərqinə malik amerikalılar 1/8-ə yüksəlib. Fransa və CAR isə mundialla vidalaşan növbəti komandalar olub. Yeri gəlmişkən, indiyə qədər dünya birinciliyinə ev sahibliyi edən komandalardan heç biri qrupda qalmamışdı və hamısı növbəti mərhələyə adlamışdı. CAR isə bu baxımdan tarixə düşdü.
B qrupunda isə Argentina Yunanıstan üzərində daha bir qələbə qazanmaqla qrupdan yüzfaizli nəticə sayəsində çıxıb. Digər oyunda qeydə alınan məhsuldar heç-heçə isə daha çox Cənubi Koreyanın işinə yarayıb. Nəticədə Nigeriya və Yunanıstan mundialla vidalaşıb. Qeyd edək ki, növbəti mərhələdə Argentina Meksikayla, Cənubi Koreya isə Uruqvayla qarşılaşacaq.
22 iyun
B qrupu
23:30. Nigeriya – Cənubi Koreya - 2:2
QOL: Uçe, 12 (1:0). Su Li, 38 (1:1). Yonq Park, 49 (1:2). Yakubu, 69-pen. (2:2).
Durban. Şəhər stadionu
Baş hakim: Oleqario Benkuerenka (Portuqaliya)
NİGERİYA: Enyeama, Odia, Yobo (Eşiejile, 46), Şittu, Afolabi, Yusuf, Etuhu, Obasi, Kanu (Martins, 57), Uçe, Yakubu (Obinna, 71).
CƏNUBİ KOREYA: Ryonq Yunq, Ri Ça, Hyunq Ço, Su Li, Pyo Li, Yonq Li, Yunq Ki (Kim Sunq, 87), Vu Kim, Sunq Park, Hun Yum (Nam İl, 64), Yonq Park (Sunq Yun, 90+2).
23:30. Yunanıstan - Argentina - 0:2
QOL: Demişelis, 77 (0:1). Palermo, 89 (0:2).
Polokueyn. Peter Mokaba stadionu
Baş hakim: Rövşən İrmatov (Özbəkistan)
YUNANISTAN: Tsorvas, Kirqiakos, Vintra, Papadopulos, Torosidis (Patsatoğlu, 54), Moras, Tsiolis, Papastatopulos, Karaqunis (Spiropulos, 46), Katsuranis (Ninis, 54), Samaras.
ARGENTİNA: Romero, Burdisso, Demişelis, Otamendi, K.Rodriqes, M.Rodriqes (Di Maria, 63), Bolatti, Veron, Messi, Milito (Palermo, 81), Aquero (Pastore, 77).
1.
2. Cənubi Koreya 3 1 1 1 5-6 4
3. Yunanıstan 3 1 0 2 2-5 3
4. Nigeriya 3 0 1 2 3-5 1
A qrupu
19:00. Meksika – Uruqvay - 0:1
QOL: Suares, 44 (0:1)
Rustenburq. Royal Bafokenq stadionu
Baş hakim: Viktor Kassay (Macarıstan)
MEKSİKA: Peres, Rodriqes, Salsido, Markes, Osorio, Torrado, Franko, Blanko (k) (Ernandes, 63), Moreno (Kastro, 57), Dos Santos, Quardado (Barrera, 46).
URUQVAY: Muslera, Luqano (k), Fusile, Viktorino, Kavani, Suares (Fernandes, 85), Forlan, A.Pereyra (Skotti, 77), Peres, Rios, M.Pereyra.
19:00. Fransa – CAR - 1:2
QOL: Xumalo, 20 (0:1). Mpela, 37 (0:2). Maluda, 70 (1:2)
QIRMIZI VƏRƏQƏ: Qurkyuff, 27.
Blumfonteyn. Fri Steyt stadionu
Baş hakim: Oskar Ruis (Kolumbiya)
FRANSA: Loris, Sanya, Qallas, Riberi, Qurkyuff, Sisse (Anri, 55), Pyer Jinyak (Maluda, 46), Skilaççi, Diarra (k) (Qovu, 82), Diabi, Klişi.
CAR: Jozef, Masilela, Mokoena (k), Nçonka (Qaksa, 55), Sibaya, Şabalala, Mpela, Pyenar, Parker (Nomvete, 68), Xumalo, Xuboni (Modise, 78).
1. Uruqvay 3 2 1 0 4-0 7
2. Meksika 3 1 1 1 3-2 4
3. CAR 3 1 1 1 3-5 4
4. Fransa 3 0 1 2 1-4 1
Qolu avtoqol sayıldı, özü isə zədələndi
Toralın komandası böyük hesabla qalib gəldi
"Real" "Barselona"nın uğurlu seriyasına son qoya bilər
"Sabah" - "Qarabağ" matçından - Video
“Belə hallar dünya futbolunda da olur” - Qurban Qurbanov
Azərbaycan millisi Avstraliyaya məğlub oldu
Acun Ilıcalının klubunun qələbə həsrəti davam edir
"İmişli" "Şamaxı"nı belə məğlub etdi - Video
"Sabah" - "Qarabağ" matçında heç-heçə, "İmişli"dən qələbə
Eldəniz və Sənan dünya çempionu oldu
Renat Dadaşovun komandası heç-heçəyə razılaşdı
İnfantino və Venger “Sabah” - “Qarabağ” oyununda - Video
“Məğlubiyyət öz səhvlərimizin nəticəsi oldu” - Azər Bağırov
Fırtına təhlükəsi olsa da, matç keçiriləcək
"Sabah" - "Qarabağ" matçının heyətləri açıqlandı
AFFA prezidenti millinin oyununu izlədi - Şəkillər
"Araz-Naxçıvan" ÇL oyunlarına bu futzalçılarla yollandı
"El-Klasiko"nu buraxacaqlar
"İmişli" - "Şamaxı": Heyətlər
Neymar qırmızı vərəqədən sonra susmadı
Mahirin komandasından növbəti məğlubiyyət
Stefano Pioli: “Məni hələ məşqçi kimi silmək olmaz”
Prezidentin futbolçularla görüşündə maraqlı anlar - Video
Balayev müsahibəni niyə yarımçıq saxladı? - Video
“Sabah”ın futbolçusu Almaniya klubuna keçmək istəyir, amma…
“Tottenhem”dən 40 illik həsrətə son - Video
Canni İnfantino İlham Əliyevə təşəkkür edib
Nərimanın komandası qalib gəldi - Superliqa
London derbisini "Tottenhem" qazandı, "Arsenal"dan qələbə
Şeydayev oynadı, "Soçi" qələbə qazandı
Baş məşqçi meydandan qovuldu
Rüfət Abdullazadənin komandası məğlub oldu
“Məğlub olmadığımıza görə razı qala bilərik” - Yuri Vernidub
"Neftçi" - "Turan Tovuz" matçından - Video
Kurban Berdıyev heç-heçəni şərh etdi
Azərbaycanın iki güləşçisi dünya çempionatının finalında