Bu gün Cənubi Afrika Respublikasında təşkil olunan futbol üzrə 19-cu dünya çempionatında keçirilən növbəti oyunlarla ikinci tura tam şəkildə yekun vuruldu. Qol.Az-ın məlumatına görə, meydana ilk olaraq, G qrupunda mübarizə aparan Portuqaliya və Şimali Koreya milliləri çıxıb. İlk turda Kot d`İvuarla xalları yarı bölən Kriştiano Ronaldonun komandası bu dəfə nəhayət qələbə qazana bilib. Özü də portəgizlərin bu qələbəsi kifayət qədər inamlı alınıb. Məsələ burasındadı ki, ilk yarıda yalnız 1 qol vurmalarına baxmayaraq, fasilədən sonra coşan avropalılar Asiya təmsilçisinin daşını daş üstə qoymayıb. Rəqib qapısından 7 cavabsız top keçirməyə nail olan Portuqaliya millisi bununla həm 1/8 finala çıxmaq şanslarını artırıb, həm də hazırkı mundialın daha böyükhesablı qələbəsini rəsmiləşdiriblər. Qeyd edək ki, onlara qədər yalnız Almaniya 4:0 hesablı qələbəsi ilə öyünürdü.
H qrupunda isə ilk turda qələbə qazanan kollektivlər - Çili və İsveçrə milliləri münasibətlərinə aydınlıq gətiriblər. Daha üstün tərəf olan Çili yığması növbəti qələbəsini qazanmaqla qrup liderliyinə yüksəlib. Lakin bunda Avropa təmsilçisinin artıq ilk yarında etibarən azlıqda mübarizə aparması daha böyük rol oynayıb.
Günün son oyununda isə son Avropa çempionu İspaniya ilk qələbəsini Honduras üzərində rəsmiləşdirib. Lakin dubla imza atan David Vilyanın penaltidən daha bir qol vurmaq şansı olsa da, o, bundan yararlana bilməyib. Nəticədə Hondurasın mundialdakı çıxışını vaxtından öncə dayandırmasının dəqiqləşdiyini də vurğulayaq. Xatırladaq ki, onlara qədər Kamerunun son turdakı oyununun formal xarakter daşıyacağı dəqiqləşib.
21 iyun
H qrupu
23:30. İspaniya – Honduras - 2:0
QOL: Vilya, 17 (1:0). Vilya, 51 (2:0).
Vilya matçın 62-ci dəqiqəsində penaltidən yararlana bilməyib (kənara).
Yohannesburq. Ellis Park stadionu
Baş hakim: Yuiçi Nişimura (Yaponiya)
İSPANİYA: Kasilyas, Pike, Puyol, Ramos (Arbeloa, 77), Kapdevilya, Alonso, Buskets, Navas, Xavi (Fabreqas, 65), Torres (Mata, 70), Vilya.
HONDURAS: Valyadares, Çaves, Fiqeroa, Mendosa, İsaqire, Palasios, Tursios (Nunes, 63), Quevara, Suazo (C.Palasios, 84), Espinoza (Velkom, 46), Martines.
19:00. Çili – İsveçrə - 1:0
Qol: Qonsales, 75.
QIRMIZI VƏRƏQƏ: Behrami, 34.
Port Elizabet. Nelson Mandela stadionu
Baş hakim: Xəlil Əl Qəmdi (Səudiyyə Ərəbistanı)
ÇİLİ: Bravo (k), Ponse, İsla, Karmona, Sançes, Vidal, Suazo, Fernandes, Biusejur, Medel, Jara.
İSVEÇRƏ: Benaqlio, Lixşteyner, Bergen, Huggel, İnler, Frey (k), Nkufo, Behrami, Qriştinq, Fernandes, Ziqler.
1. Çili 2 2 0 0 2-0 6
2. İspaniya 2 1 0 1 2-1 3
3. İsveçrə 2 1 0 1 1-1 3
4.
G qrupu
16:30. Portuqaliya – Şimali Koreya - 7:0
QOL: Meyreleş, 29 (1:0). Simao, 53 (2:0). Almeyda, 56 (3:0). Tyaqo, 60 (4:0). Lyedson, 81 (5:0). Ronaldo, 87 (6:0). Tyaqo, 89 (7:0).
Keyptaun. Qrin Point stadionu
Baş hakim: Pozo Pablo (Çili)
PORTUQALİYA: Eduardo, Alveş, Karvalyo, Ronaldo (k), Mendeş, Simao (Duda, 74), Migel, Meyreleş (Veloso, 70), Almeyda (Lyedson, 77), Tyaqo, Koentrao.
ŞİMALİ KOREYA: Myonq Guk, Yonq Hyok (Sonq Çol, 75), Jun İl, Nam Çol (Kum İl, 58), Kvanq Çon, Yun Nam, Tae Se, Yonq Co (k), İn Quk (Yonq Yun, 58), Çol Cin, Yonq Hak.
1. Braziliya 2 2 0 0 5-2 6
2. Portuqaliya 2 1 1 0 7-0 4
3. Kot d`İvuar 2 0 1 1 1-3 1
4. Şimali Koreya 2 0 0 2 1-9 0
Qolu avtoqol sayıldı, özü isə zədələndi
Toralın komandası böyük hesabla qalib gəldi
"Real" "Barselona"nın uğurlu seriyasına son qoya bilər
"Sabah" - "Qarabağ" matçından - Video
“Belə hallar dünya futbolunda da olur” - Qurban Qurbanov
Azərbaycan millisi Avstraliyaya məğlub oldu
Acun Ilıcalının klubunun qələbə həsrəti davam edir
"İmişli" "Şamaxı"nı belə məğlub etdi - Video
"Sabah" - "Qarabağ" matçında heç-heçə, "İmişli"dən qələbə
Eldəniz və Sənan dünya çempionu oldu
Renat Dadaşovun komandası heç-heçəyə razılaşdı
İnfantino və Venger “Sabah” - “Qarabağ” oyununda - Video
“Məğlubiyyət öz səhvlərimizin nəticəsi oldu” - Azər Bağırov
Fırtına təhlükəsi olsa da, matç keçiriləcək
"Sabah" - "Qarabağ" matçının heyətləri açıqlandı
AFFA prezidenti millinin oyununu izlədi - Şəkillər
"Araz-Naxçıvan" ÇL oyunlarına bu futzalçılarla yollandı
"El-Klasiko"nu buraxacaqlar
"İmişli" - "Şamaxı": Heyətlər
Neymar qırmızı vərəqədən sonra susmadı
Mahirin komandasından növbəti məğlubiyyət
Stefano Pioli: “Məni hələ məşqçi kimi silmək olmaz”
Prezidentin futbolçularla görüşündə maraqlı anlar - Video
Balayev müsahibəni niyə yarımçıq saxladı? - Video
“Sabah”ın futbolçusu Almaniya klubuna keçmək istəyir, amma…
“Tottenhem”dən 40 illik həsrətə son - Video
Canni İnfantino İlham Əliyevə təşəkkür edib
Nərimanın komandası qalib gəldi - Superliqa
London derbisini "Tottenhem" qazandı, "Arsenal"dan qələbə
Şeydayev oynadı, "Soçi" qələbə qazandı
Baş məşqçi meydandan qovuldu
Rüfət Abdullazadənin komandası məğlub oldu
“Məğlub olmadığımıza görə razı qala bilərik” - Yuri Vernidub
"Neftçi" - "Turan Tovuz" matçından - Video
Kurban Berdıyev heç-heçəni şərh etdi
Azərbaycanın iki güləşçisi dünya çempionatının finalında