Cənubi Afrika Respublikasında təşkil olunan futbol üzrə 19-cu dünya çempionatında növbəti oyunlar keçirilib. Qol.Az-ın məlumatına görə, mundialın 10-cu günündə də ənənəvi olaraq 3 qarşılaşma baş tutub. Həmin oyunlarla F qrupunda ikinci tura tam yekun vurulduğu halda, G qrupunda bu turun yalnız bir qarşılaşması baş tutub.
İlk oyunda Slovakiya və Paraqvay milliləri münasibətlərinə aydınlıq gətiriblər. Bu qrupda ilk turda hər iki oyun heç-heçə nəticələnsə də, Paraqvay nəhayət ilk qələbə qazanan komanda olmaqla yanaşı qrup liderliyini ələ keçirib. Cənubi amerikalılar Avropa təmsilçisinin qapısından iki cavabsız top keçirməyə nail olublar. Paraqvaydan fərqli bu qrupun digər favoriti, son dünya çempionu İtaliya yenə qələbəyə həsrət qalıb. İlk oyunda zədələnən Buffonun xidmətindən yararlana bilməyən “skuadra adzurra” artıq ilk dəqiqələrdən yenik duruma düşüb. Lakin rəqibin cərimə meydançasında De Rossiyə qarşı kobud oyununa görə təyin olunan penaltini dəqiq yerinə yetirən Yakinta italyanları məğlubiyyətdən xilas edib. Onların ikinci hissədə qələbə qazanmaq cəhdləri isə faydasız qalıb və ikinci oyunda da 1:1 hesablı bərabərliklə barışmaq məcburiyyətində qalıblar.
Günün son matçında isə ilk oyununda Şimali Koreya üzərində qələbə qazanan Braziliya Kot d’İvuar millisini sınağa çəkib. Droqbanın ilk dəqiqələrdən meydanda olduğu matçda onun komandasında müəyyən sürprizlər gözlənilsə də, son dünya çempionu buna imkan verməyib. Əksinə Fabianonun dubl etdiyi qarşılaşmada rəqibini asanlıqla məğlub edən cənubi amerikalılar növbəti qələbə sayəsində vaxtından öncə 1/8 finala vəsiqə qazanan ikinci komanda olub. Qeyd edək ki, bu sevinci ilk olaraq Hollandiya yaşamışdı. Sadəcə təsəlli qoluna imza atmağı bacaran Droqbanın komandasının taleyinə isə son turda aydınlıq gələcək. Matçda baş verən ən maraqlı olaylardan biri də, braziliyalıların aparıcı üzvlərindən Kakanın son dəqiqələrdə lazımsız yerə iki sarı vərəqə alaraq, meydandan qovulması olub. Bu isə o deməkdi ki, o, son turda qarşılaşacaqları Portuqaliya ilə qarşılaşmada eyni klubda (“Real”) top qovduğu Krişriano Ronaldoya rəqib ola bilməyəcək.
20 iyun
G qrupu
23:30. Braziliya – Kot d`İvuar - 3:1
QIRMIZI VƏRƏQƏ: Kaka, 89.
QOL: Fabiano, 25 (1:0). Fabiano, 50 (2:0). Elano, 62 (3:0). Droqba, 79 (3:1).
Yohannesburq. Sokker Siti stadionu
Baş hakim: Stefan Lennoy (Fransa)
BRAZİLİYA: Sezar, Juan, Lusio (k), Maykon, Felipe, Bastos, Elano (D.Alveş, 67), G.Silva, Fabiano, Kaka, Robinyo (Ramires, 90+3).
KOT D`İVUAR: Barri, K.Ture, Zokora, Kalu (Keyta, 68), Tyote, Droqba (k), Dindan (Jervinyo, 54), Tyene, Y.Ture, Demel, Ebue (Romarik, 72).
1. Braziliya 2 2 0 0 5-2 6
2. Portuqaliya 1 0 1 0 0-0 1
3. Kot d`İvuar 2 0 1 1 1-3 1
4. Şimali Koreya 1 0 0 1 1-2 0
F qrupu
19:00. İtaliya – Yeni Zelandiya - 1:1
QOL: Smelts, 7 (0:1). Yakinta, 29-pen. (1:1)
Nelspreyt. Mbombela stadionu
Baş hakim: Karlos Batres (Qvatemala)
İTALİYA: Marketti, Krisçito, Kyellini, Kannavaro (k), De Rossi, Pepe (Kamoranezi, 46), Yakinta, Cilardinyo (Di Natale, 46), Markizio (Patsini, 61), Zambrotta, Montolivo.
YENİ ZELANDİYA: Paston, Loçhed, Reyd, Viseliç (Kristi, 80), Nelsen (k), Elliot, Smelts, Killen (Barron, 90+3), Bertos, Fallon (Vud, 62), Smit.
16:30. Slovakiya – Paraqvay - 0:2
QOL: Vera, 27 (0:1). Riveros, 86 (0:2)
Blumfonteyn. Fri Steyt stadionu
Baş hakim: Eddi Maylet (Seyşel adaları)
SLOVAKİYA: Muxa, Pekarik, Şkrtel, Ştrba, Vays, Kozak, Şestak (Holoşko, 70), Vittek, Duritsa, Hamşik (k), Salata (Stok, 83).
PARAQVAY: X.Villar (k), Morel, Bonet, Santa Kruz, Vera (Barreto, 88), Da Silva, V.Kaseres, Riveros, Valdes (Torres, 68), Lukas (Kardoso, 82), Alkaras.
1. Paraqvay 2 1 1 0 3-1 4
2. İtaliya 2 0 2 0 2-2 2
3. Yeni Zelandiya 2 0 2 0 2-2 2
4. Slovakiya 2 0 1 1 1-3 1
Qolu avtoqol sayıldı, özü isə zədələndi
Toralın komandası böyük hesabla qalib gəldi
"Real" "Barselona"nın uğurlu seriyasına son qoya bilər
"Sabah" - "Qarabağ" matçından - Video
“Belə hallar dünya futbolunda da olur” - Qurban Qurbanov
Azərbaycan millisi Avstraliyaya məğlub oldu
Acun Ilıcalının klubunun qələbə həsrəti davam edir
"İmişli" "Şamaxı"nı belə məğlub etdi - Video
"Sabah" - "Qarabağ" matçında heç-heçə, "İmişli"dən qələbə
Eldəniz və Sənan dünya çempionu oldu
Renat Dadaşovun komandası heç-heçəyə razılaşdı
İnfantino və Venger “Sabah” - “Qarabağ” oyununda - Video
“Məğlubiyyət öz səhvlərimizin nəticəsi oldu” - Azər Bağırov
Fırtına təhlükəsi olsa da, matç keçiriləcək
"Sabah" - "Qarabağ" matçının heyətləri açıqlandı
AFFA prezidenti millinin oyununu izlədi - Şəkillər
"Araz-Naxçıvan" ÇL oyunlarına bu futzalçılarla yollandı
"El-Klasiko"nu buraxacaqlar
"İmişli" - "Şamaxı": Heyətlər
Neymar qırmızı vərəqədən sonra susmadı
Mahirin komandasından növbəti məğlubiyyət
Stefano Pioli: “Məni hələ məşqçi kimi silmək olmaz”
Prezidentin futbolçularla görüşündə maraqlı anlar - Video
Balayev müsahibəni niyə yarımçıq saxladı? - Video
“Sabah”ın futbolçusu Almaniya klubuna keçmək istəyir, amma…
“Tottenhem”dən 40 illik həsrətə son - Video
Canni İnfantino İlham Əliyevə təşəkkür edib
Nərimanın komandası qalib gəldi - Superliqa
London derbisini "Tottenhem" qazandı, "Arsenal"dan qələbə
Şeydayev oynadı, "Soçi" qələbə qazandı
Baş məşqçi meydandan qovuldu
Rüfət Abdullazadənin komandası məğlub oldu
“Məğlub olmadığımıza görə razı qala bilərik” - Yuri Vernidub
"Neftçi" - "Turan Tovuz" matçından - Video
Kurban Berdıyev heç-heçəni şərh etdi
Azərbaycanın iki güləşçisi dünya çempionatının finalında