Cənubi Afrika Respublikasında təşkil olunan dünya çempionatında növbəti gün arxada qalıb. Qol.Az-ın məlumatına görə, keçirilən növbəti üç oyunla 9-cu oyun gününə yekun vurulub.
Günün ilk qarşılaşmasında birinci turu qələbə ilə başa vuran Hollandiya və Yaponiya yığmaları üz-üzə gəlib. Bu oyunda qələbə qazanan tərəf 1/8 finala vəsiqəni təmin edəcəkdi. Amma bunun üçün E qrupunun digər oyununda mundiala məğlubiyyətlə başlayan komandaların - Kamerunla Danimarka yığması arasındakı matçın heç-heçə nəticələnməsi və ya Kamerunun məğlubiyyəti vacib idi. Qaliblərin duelindən gözlənildiyi kimi, hollandlar qalib çıxdı. Qrupun digər oyununda afrikalılar məğlub olduğundan “narıncılar” vaxtından əvvəl növbəti mərhələyə vəsiqə qazanan ilk komanda olub.
Avropa təmsilçisinin Kamerun millisi üzərində əzmkar qələbəsi yalnız hollandların vaxtından əvvəl sevinməsi ilə yadda qalmayıb. Bu mənada daha diqqətçəkən məqam Kamerunun ikinci oyunda da uduzmaqla növbəti mərhələyə çıxmaq şanslarını tam itirməsi olub. Çünki onlar qrupdan çıxmaq vəzifəsinin öhdəsindən gələn hollandlarla dueldə hətta qələbə qazansalar belə, bu heç nəyi dəyişməyəcək. Çünki digər vəsiqə sadəcə Yaponiya ilə Danimarka arasındakı qarşılaşmada sahibini tapacaq.
D qrupunda isə Serbiyanı üstələyən (1:0) Qana millisi ilk oyunda Almaniya tərəfindən darmadağın edilən Avstraliya ilə qarşılaşdı. Bu qarşılaşmada avstriyalılar qələbə qazansaydı, qrupdakı bütün komandaların 3 xalı olacaqdı. Onlar erkən qolla buna doğru ilk addımı atsalar da, davamını gətirə bilməyiblər. Daha doğrusu görüşün 24-cü dəqiqəsində “Qalatasaray”dan tanıdığımız Kyuelin cərimə meydançasında əllə oynayaraq penaltiyə səbəb olması və buna görə birbaşa qırmızı vərəqə alaraq komandasını azlıqda qoyması qanalıların hesabı bərabərləşdirməsi ilə nəticələnib. Bu qrupda hər şey son turun oyunlarından sonra müəyyənləşəcək.
19 iyun
23:30. Kamerun - Danimarka - 1:2
QOLLAR: Eto`O, 10 (1:0). Bendtner, 33 (1:1). Romedal, 61 (1:2)
Pretoriya. Loftus Versfeld stadionu
Baş hakim: Xorxe Larrionda (Uruqvay)
KAMERUN: Süleymanu, Assu-Ekotto, Nkulu, Bassonq (İdrisu, 73), Sonq, Njitap, Eto’O (k), Emana, Vebo (Abubakir, 79), Eyonq (Makun, 46), Mbia.
DANİMARKA: Sorensen, K.Poulsen, Kayer, Aqqer, Yakobsen, Qronkayer (Kahlenberq, 67), Tomasson (k) (Y.Poulsen, 86), Yorgensen (Yensen, 46), Bendtner, S.B.Poulsen, Romedal.
E qrupu
16:30. Hollandiya - Yaponiya - 1:0
QOL: Şneyder 52.
Durban. Şəhər stadionu
Baş hakim: Ektor Baldassi (Argentina)
HOLLANDİYA: Stekelenburq, Van der Vil, Heytinqa, Mateysen, van Bronkhorst, van Bommel, Kyut, de Yonq, van Persi, Şneyder, Van der Vart.
YAPONİYA: Kavasima, Abe, Komano, Tulio, Naqamoto, Endo, Matsuy, Okubo, Xasebe, Xonda, Makazava.
1. Hollandiya 2 2 0 0 3-0 6
2. Yaponiya 2 1 0 1 1-1 3
3. Danimarka 2 1 0 1 2-3 3
4. Kamerun 2 0 0 2 1-3 0
D qrupu
19:00. Qana - Avstraliya - 1:1
QOLLAR: Holman, 12 (0:1). Q.Asamoa, 25-p (1:1)
QIRMIZI VƏRƏQƏ: Kyuel, 24.
Rustenburq. Royal Bafokenq stadionu
Baş hakim: Roberto Rozetti (İtaliya)
QANA: Kinqston (k), Sarpey, Q.Asamoa, Peyntsil, Annan, Mensa, Taqoe (Abeyie, 56), Eyu, Eddi, K.Asamoa (Muntari, 77), Boatenq.
AVSTRALİYA: Şvartser, Neyl (k), Kulina, Mur, Emerton, Uilkşir (Rukavitsa, 85), Kyuell, Holman (Kennedi, 69), Valeri, Kerni, Breşiano (Çipperfild, 66).
1. Qana 2 1 1 0 2-1 4
2. Almaniya 2 1 0 1 4-1 3
3. Serbiya 2 1 0 1 1-1 3
4. Avtraliya 2 0 1 1 1-5 1
Qolu avtoqol sayıldı, özü isə zədələndi
Toralın komandası böyük hesabla qalib gəldi
"Real" "Barselona"nın uğurlu seriyasına son qoya bilər
"Sabah" - "Qarabağ" matçından - Video
“Belə hallar dünya futbolunda da olur” - Qurban Qurbanov
Azərbaycan millisi Avstraliyaya məğlub oldu
Acun Ilıcalının klubunun qələbə həsrəti davam edir
"İmişli" "Şamaxı"nı belə məğlub etdi - Video
"Sabah" - "Qarabağ" matçında heç-heçə, "İmişli"dən qələbə
Eldəniz və Sənan dünya çempionu oldu
Renat Dadaşovun komandası heç-heçəyə razılaşdı
İnfantino və Venger “Sabah” - “Qarabağ” oyununda - Video
“Məğlubiyyət öz səhvlərimizin nəticəsi oldu” - Azər Bağırov
Fırtına təhlükəsi olsa da, matç keçiriləcək
"Sabah" - "Qarabağ" matçının heyətləri açıqlandı
AFFA prezidenti millinin oyununu izlədi - Şəkillər
"Araz-Naxçıvan" ÇL oyunlarına bu futzalçılarla yollandı
"El-Klasiko"nu buraxacaqlar
"İmişli" - "Şamaxı": Heyətlər
Neymar qırmızı vərəqədən sonra susmadı
Mahirin komandasından növbəti məğlubiyyət
Stefano Pioli: “Məni hələ məşqçi kimi silmək olmaz”
Prezidentin futbolçularla görüşündə maraqlı anlar - Video
Balayev müsahibəni niyə yarımçıq saxladı? - Video
“Sabah”ın futbolçusu Almaniya klubuna keçmək istəyir, amma…
“Tottenhem”dən 40 illik həsrətə son - Video
Canni İnfantino İlham Əliyevə təşəkkür edib
Nərimanın komandası qalib gəldi - Superliqa
London derbisini "Tottenhem" qazandı, "Arsenal"dan qələbə
Şeydayev oynadı, "Soçi" qələbə qazandı
Baş məşqçi meydandan qovuldu
Rüfət Abdullazadənin komandası məğlub oldu
“Məğlub olmadığımıza görə razı qala bilərik” - Yuri Vernidub
"Neftçi" - "Turan Tovuz" matçından - Video
Kurban Berdıyev heç-heçəni şərh etdi
Azərbaycanın iki güləşçisi dünya çempionatının finalında