Visente Del Boske: "Bizim hələ bir şansımız var»

Visente Del Boske: "Bizim hələ bir şansımız var»
DÇ-2010 19 İyun 2010 / 13:17 2668
-  A +

İspaniya millisinin baş məşqçisi Visente Del Boske mundialın İsveçrəyə qarşı keçirilimiş ilk oyundakı məğlubiyyətə görə futbolçularının ruhdan düşmədiyni bildirib. Qol.Az-ın məlumatına görə, Del Boske bildirib ki, qrup mərhələsində səhvləri düzəltməyə hələ imkanlar qalıb: "Mən öz komandama və sistemə inanıram. Hondurasla oyun asan olmayacaq. Fikrimcə, Honduras da İsveçrə kimi «bağlanacaq». Amma açıq zonalar da qalacaq ki, biz bundan mütləq istifadə etməliyik. Honduras güclü rəqibdir. Biz isə öz stilimizə uyğun dominantlıq edəcəyik».
Del Boske bildirib ki, ən qorxunc hadisə artıq arxada qalıb: «İndi biz bundan sonrakı altı matçda qələbə qazanmaq istəyirik. Geriyə yox, yalnız irəliyə baxmaq lazımdır. Finalda uduzmaqdansa, ilk matçda yenilmək daha yaxşıdır. İnanıram ki, biz istəyimizə nail olacağıq. Mundial bizə ikinci şansı verib. Biz bu şansı əldən buraxmamalıyıq».


Son xəbərlər