Cənubi Afrika Respublikasında təşkil olunan futbol üzrə 19-cu dünya çempionatında daha bir oyun günü arxada qalıb. Qol.Az-ın məlumatına görə, mundialın 8-ci günündə də 3 qarşılaşma baş tutub. Həmin oyunlarla DÇ-nin C qrupunda ikinci turun oyunlarına yekun vurulduğu halda, D qrupunda da bu turun bir qarşılaşması baş tutub. Hansı ki, bu qarşılaşmada mundialın favoritlərindən olan Almaniya yığması sensasion şəkildə Serbiyaya uduzub. Buna isə daha çox komandanın aparıcı hücumçusu Klozenin 37-ci dəqiqədə ikinci sarı vərəqə alaraq meydandan qovulması səbəb olub. Serblər məhz bundan yararlanaraq cəmi bir dəqiqə sonra hesabı açıb ki, qalan dəqiqələrdə gözəl müdafiə olunaraq, “alman maşını”nın qarşısını kəsməyi bacarıb. Hətta matçın 63-cü dəqiqəsində serblərin qapısına təyin olunan penalti zamanı da qapıçı Podolskinin hesabı bərabərləşdirməsinə imkan verməyib.
C qrupunda isə ilk olaraq Sloveniya və ABŞ münasibətlərinə aydınlıq gətirib ki, bu qarşılaşmada məhsuldar heç-heçə qeydə alınıb. Avropalılar fasiləyə 2 top fərqi ilə öndə yollansa da, fasilədən sonra bu qollara cavab verən amerikalılar növbəti mərhələyə çıxmaq şanslarını saxlayıblar. Halbuki, sloveniyalılar qələbə hesabını qoruya bilsəydilər, ilk 1/8 finalçı olmaqdan məhrum olublar. İngiltərə - Əlcəzair görüşündə də heç-heçə qeydə alınıb. Lakin bu oyunda qapılara qol vurulmayıb. Ilk oyunda da 1 xalla kifayətlənən Kapellonun komandası növbəti mərhələ arzularını son tura saxlayıb.
18 iyun
C qrupu
2-ci tur
23:30. İngiltərə - Əlcəzair - 0:0
Keyptaun. Qrin Point stadionu
Baş hakim: Rövşən İrmatov (Özbəkistan)
İNGİLTƏRƏ: Ceyms, Conson, E.Koul, Cerrard (k), Terri, Lennon (Rayt Filips, 63), Lempard, Runi, Barri (Krouç, 84), Karrager, Heski (Defo, 74).
ƏLCƏZAİR: Mbolhi, Bouqerra, Belhac, Yahya, Halliç, Budebuz (Abdun, 74), Laken, Matmur, Ziani (Quedyura, 81), Yebda (Mebah, 89), Kader.
19:00. Sloveniya – ABŞ - 2:2
Yohannesburq. Ellis Park stadionu
Baş hakim: Koman Kulibali (Mali)
SLOVENİYA: Handanoviç, Breçko, Şuler, Sezar, Koren (k), Lyubiyançik, Birsa, Novakoviç, Yokiç, Kirm, Radosavlyeviç.
ABŞ: Hovard, Bokaneqra (k), Bredli, Onyevu, Çerundolo, Dempsi, Donovan, Demerit, Torres, Altidor, Fayndli.
Qollar: Birsa (14), Lyubiyançik (42): Donovan (48), Bredli (82)
1. Sloveniya 2 1 1 0 3-2 4
2. ABŞ 2 0 2 0 3-3 2
3. İngiltərə 2 0 2 0 1-1 2
4. Əlcəzair 2 0 1 1 0-1 1
D qrupu
2-ci tur
16:30. Almaniya – Serbiya - 0:1
Podolski 63-cü dəqiqədə penaltidən yararlana bilmədi (qapıçı).
QOL: Yovanoviç, 38 (0:1).
QIRMIZI VƏRƏQƏ: Kloze, 37 (ikinci sarı vərəqə)
Nelson Mandela Bay. Port Elizabet stadionu
Baş hakim: Alberto Undiano (İspaniya)
ALMANİYA: Noyer, Fridrix, Xedira, Şvanştayger, Özil (Kakau, 69), Podolski, Kloze, Müller (Marin, 69), Badştuber (Qomes, 77), Lam (k), Mertezaker.
SERBİYA: Stoykoviç, Kolarov, Vidiç, İvanoviç, Stankoviç (k), Yovanoviç (Lazoviç, 78), Jiqiç, Kraşiç, Ninkoviç (Kaçar, 69), Subotiç, Kuzmanoviç (Petroviç, 75).
1. Almaniya 2 1 0 1 4-1 3
2. Qana 1 1 0 0 1-0 3
3. Serbiya 2 1 0 1 1-1 3
4. Avtraliya 1 0 0 1 0-4 0
Qolu avtoqol sayıldı, özü isə zədələndi
Toralın komandası böyük hesabla qalib gəldi
"Real" "Barselona"nın uğurlu seriyasına son qoya bilər
"Sabah" - "Qarabağ" matçından - Video
“Belə hallar dünya futbolunda da olur” - Qurban Qurbanov
Azərbaycan millisi Avstraliyaya məğlub oldu
Acun Ilıcalının klubunun qələbə həsrəti davam edir
"İmişli" "Şamaxı"nı belə məğlub etdi - Video
"Sabah" - "Qarabağ" matçında heç-heçə, "İmişli"dən qələbə
Eldəniz və Sənan dünya çempionu oldu
Renat Dadaşovun komandası heç-heçəyə razılaşdı
İnfantino və Venger “Sabah” - “Qarabağ” oyununda - Video
“Məğlubiyyət öz səhvlərimizin nəticəsi oldu” - Azər Bağırov
Fırtına təhlükəsi olsa da, matç keçiriləcək
"Sabah" - "Qarabağ" matçının heyətləri açıqlandı
AFFA prezidenti millinin oyununu izlədi - Şəkillər
"Araz-Naxçıvan" ÇL oyunlarına bu futzalçılarla yollandı
"El-Klasiko"nu buraxacaqlar
"İmişli" - "Şamaxı": Heyətlər
Neymar qırmızı vərəqədən sonra susmadı
Mahirin komandasından növbəti məğlubiyyət
Stefano Pioli: “Məni hələ məşqçi kimi silmək olmaz”
Prezidentin futbolçularla görüşündə maraqlı anlar - Video
Balayev müsahibəni niyə yarımçıq saxladı? - Video
“Sabah”ın futbolçusu Almaniya klubuna keçmək istəyir, amma…
“Tottenhem”dən 40 illik həsrətə son - Video
Canni İnfantino İlham Əliyevə təşəkkür edib
Nərimanın komandası qalib gəldi - Superliqa
London derbisini "Tottenhem" qazandı, "Arsenal"dan qələbə
Şeydayev oynadı, "Soçi" qələbə qazandı
Baş məşqçi meydandan qovuldu
Rüfət Abdullazadənin komandası məğlub oldu
“Məğlub olmadığımıza görə razı qala bilərik” - Yuri Vernidub
"Neftçi" - "Turan Tovuz" matçından - Video
Kurban Berdıyev heç-heçəni şərh etdi
Azərbaycanın iki güləşçisi dünya çempionatının finalında