Maradona: «Mənim komandamda 23 vəhşi futbolçu var»

Maradona: «Mənim komandamda 23 vəhşi futbolçu var»
DÇ-2010 17 İyun 2010 / 20:15 2522
-  A +

Argentina millisinin baş məşqçisi Dieqo Armando Maradona komandasının bu gün Cənubi Koreya üzərindəki 4:1 hesablı qələbəsindən danışıb. Qol.Az-ın məlumatına görə, oyundan sonra keçirilən mətbuat konfransında Maradona Argentinanın bu qələbəyə layiq olduğunu söyləyib: «Mənim komandamda 23 vəhşi futbolçu var ki, onlar sonadək mübarizə aparır. Ona görə də əsas heyəti müəyyənləşdirmək çox çətindir. Mənim komandam bu gün ilk dəqiqədən sonadək topa nəzarəti özündə saxlaya bildi».
«Hər qələbədən sonra futbolçuları niyə öpür və bağrınıza basırsınız» sualına Maradonanın cavabı belə olub: «Mən ümumiyyətlə, qadınları sevirəm. Mənim xanımımın 30 yaşı var. Bununla mən, sadəcə, futbolçularıma təşəkkür etmək istəyirəm».

Son xəbərlər