Bu gün Cənubi Afrika Respublikasında təşkil olunan futbol üzrə 19-cu dünya çempionatında növbəti oyunlar keçirilib. Qol.Az-ın məlumatına görə, mundialın yeddinci günündə də 3 qarşılaşma baş tutub.
Qeyd edək ki, A və B qruplarında ikinci tur çərçivəsində baş tutan oyunlardan sonra dünya çempionatının ilk 1/8 finalçısı məlum ola bilərdi. Keçiriləcək oyunların nəticələrindən asılı olaraq, Argentina və ya Cənubi Koreya növbəti mərhələyə vəsiqəni təmin etmək imkanına malik idi. Lakin bu baş vermədi. Düzdü, Argentina Cənubi Koreya ilə öz aralarında keçirilən görüşdə inamlı qələbə qazansa da, digər oyunun nəticəsi son görüşün onlar üçün formallığa çevrilməsinə imkan verməyib. İlk turda minimal hesablı qələbə ilə kifayətlənən Maradonanın komandası bu dəfə prinsipial əhəmiyyətli görüşdə koreyalılara əsl gücünü göstərib. Öncə rəqibin öz qapısına vurduğu qola sevinən argentinalılar ardından İquaynın sayəsində böyükhesablı qələbə qazanıb. Yeri gəlmişkən, İquaynın bu mundialda ilk het-trikin müəllifinə çevrildiyini də vurğulayaq.
Bu qələbədən sonra Argentinanın 1/8-ə vəsiqəni təmin etməsi üçün onlara Yunanıstanın xal itirməsi lazım idi. Məsələ burasındadı ki, Nigeriya yunanlara uduzmasaydı, cənubi amerikalılar qrupdan çıxmaq vəzifəsinin öhdəsindən gəlmiş olacaqdı. Gəl ki, autsayderlərin duelində hesabı afrikalılar açsa da, azlıqda qalmaları nəticəsində sonda nəinki bu üstünlüyü əldən veriblər, hətta məğlubiyyətlə barışıblar. Bu nəticələrdən sonra hazırda B qrupunda bütün komandaların 1/8 final şansları qalmaqdadı. Yəni hər şeyə son turda aydınlıq gələcək.
Günün son matçında isə Fransa daha bir biabırçı oyun sərgiləməklə yanaşı, acı məğlubiyyətlə üzləşdi. Meksikaya 2 cavabsız qolla yenilən fransızlar rəqib komandanı 1/8 finala bir qədər də yaxınlaşdırdılar. Domenekin komandası isə yalnız möcüzə sayəsində növbəti mərhələyə çıxa bilər.
17 iyun
A qrupu
2-ci tur
23:30. Fransa – Meksika - 0:2
QOLLAR: Ernandes, 64 (0:1). Blanko, 79-p. (0:2).
Polokvane. Peter Mokaba stadionu
Baş hakim: Xəlil Əl Qəmdi (Səudiyyə Ərəbistanı)
FRANSA: Loris, Sanya, Qallas, Abidal, Riberi, Qovu (Valbuena, 69), Evra (k), Tulalan, Diabi, Anelka (Pyer Gignak, 46), Maluda.
MEKSİKA: Peres, Rodriqes, Markes (k), Salsido, Osorio, Torrado, Franko (Blanko, 62), Vela (Barrera, 32), Moreno, Xuares (Ernandes, 55), Dos Santos.
1. Uruqvay 2 1 1 0 3-0 4
2. Meksika 2 1 1 0 3-1 4
3. Fransa 2 0 1 1 0-2 1
4. CAR 2 0 1 1 1-4 1
B qrupu
2-ci tur
19:00. Yunanıstan – Nigeriya - 2:1
Qollar: Uçe, 16 (0:1). Salpingidis,44 (1:1). Torosidis, 71 (2:1).
Blumfonten. Fri Steyt stadionu
Baş hakim: Oskar Ruis (Kolumbiya)
YUNANISTAN: Tsorvas, Tsiolis, Papadopulos, Karaqunis (k), Vintra, Salpingidis, Torosidis, Kirgiakos, Gekas, Sokratis, Katsuranis.
NİGERİYA: Enyeama, Yobo (k), Şittu, Tayvo, Yakubu, Odemvinçi, Uçe, Kayta, Haruna, Odia, Etuhu.
Qırmızı vərəqə: Kaita (33, Nigeriya)
16:30. Argentina – Cənubi Koreya - 4:1
QOLLAR: Çu Yunq, 17 - avtoqol (1:0). İquayn, 33 (2:0). Çunq Yonq, 45+1 (2:1). İquayn, 77 (3:1). İquayn, 80 (4:1)
Yohannesburq. Sokker Siti stadionu
Baş hakim: Frank de Blekere (Belçika)
ARGENTİNA: Romero, Demişelis, Di Mariya, Hayntse, İquayn (Bolatti, 82), Messi, Samuel (Burdisso, 23), Maskerano (k), M.Rodriqes, Yonas, Teves (Aquero, 75).
CƏNUBİ KOREYA: Sunq Ryonq, Beom Seok, Yonq Hyunq, P.C.Sunq (k), Yunq Vu, Çu Yunq (Donq Quk, 81), Yunq Pyo, Yunq Su, Sunq Yonq (Nam İl, 46), Çunq Yonq, Ki Hun.
1.
2. C. Koreya 2 1 0 1 3-4 3
3. Yunanıstan 2 1 0 1 2-3 3
4. Nigeriya 2 0 0 2 1-3 0
Qolu avtoqol sayıldı, özü isə zədələndi
Toralın komandası böyük hesabla qalib gəldi
"Real" "Barselona"nın uğurlu seriyasına son qoya bilər
"Sabah" - "Qarabağ" matçından - Video
“Belə hallar dünya futbolunda da olur” - Qurban Qurbanov
Azərbaycan millisi Avstraliyaya məğlub oldu
Acun Ilıcalının klubunun qələbə həsrəti davam edir
"İmişli" "Şamaxı"nı belə məğlub etdi - Video
"Sabah" - "Qarabağ" matçında heç-heçə, "İmişli"dən qələbə
Eldəniz və Sənan dünya çempionu oldu
Renat Dadaşovun komandası heç-heçəyə razılaşdı
İnfantino və Venger “Sabah” - “Qarabağ” oyununda - Video
“Məğlubiyyət öz səhvlərimizin nəticəsi oldu” - Azər Bağırov
Fırtına təhlükəsi olsa da, matç keçiriləcək
"Sabah" - "Qarabağ" matçının heyətləri açıqlandı
AFFA prezidenti millinin oyununu izlədi - Şəkillər
"Araz-Naxçıvan" ÇL oyunlarına bu futzalçılarla yollandı
"El-Klasiko"nu buraxacaqlar
"İmişli" - "Şamaxı": Heyətlər
Neymar qırmızı vərəqədən sonra susmadı
Mahirin komandasından növbəti məğlubiyyət
Stefano Pioli: “Məni hələ məşqçi kimi silmək olmaz”
Prezidentin futbolçularla görüşündə maraqlı anlar - Video
Balayev müsahibəni niyə yarımçıq saxladı? - Video
“Sabah”ın futbolçusu Almaniya klubuna keçmək istəyir, amma…
“Tottenhem”dən 40 illik həsrətə son - Video
Canni İnfantino İlham Əliyevə təşəkkür edib
Nərimanın komandası qalib gəldi - Superliqa
London derbisini "Tottenhem" qazandı, "Arsenal"dan qələbə
Şeydayev oynadı, "Soçi" qələbə qazandı
Baş məşqçi meydandan qovuldu
Rüfət Abdullazadənin komandası məğlub oldu
“Məğlub olmadığımıza görə razı qala bilərik” - Yuri Vernidub
"Neftçi" - "Turan Tovuz" matçından - Video
Kurban Berdıyev heç-heçəni şərh etdi
Azərbaycanın iki güləşçisi dünya çempionatının finalında