Bu gün Cənubi Afrika Respublikasınında futbol üzrə dünya çempionatına start verilib. Bakı vaxtı ilə saat 19.00-da başlayan açılış oyununda meydan sahibi CAR-la Meksika üz-üzə gəlib. Günün ikinci oyunu da A qrupunda yer alan komandalar arasında baş tutub. Qrupun digər oyunu Bakı vaxtı ilə saat 23.30-da Uruqvayla Fransa arasında keçirilib. Lakin ilk oyun günündə qələbə sevinci yaşamaq bu komandalardan heç birinə nəsib olmayıb. Mundiala ev sahibliyi edən afrikalılar Şabalalanın sayəsində bu DÇ-də vurulan ilk qolun müəllifi olmaları ilə təskinlik tapmalı olub. Çünki meksikalılar matçın sonlarında hesabı bərabərləşdirməyi bacarıb. Günün digər oyununda isə qapılara qol vurulmayıb. Əvəzində bu qarşılaşma cari DÇ-də ilk qırmızı vərəqənin müəllifinin kimliyinə aydınlıq gətirməsi ilə diqqətçəkən olub. Meydana sonradan çıxan Uruqvay millisinin üzvü Lodeyro cəmi 18 dəqiqə sonra ikinci sarı vərəqə almaqla cəzalı duruma düşüb və komandasını 81-ci dəqiqədən etibarən azlıqda mübarizə aparmaq məcburiyyətində qoyub. Lakin qrupun favoriti sayılan fransızlar bu fürsətdən də yararlana bilməyib.
A qrupu
23.30. Uruqvay - Fransa 0:0
Baş hakim: Yuiçi Nişimura (Yaponiya)
Keyptaun. Qrin Point stadionu
URUQVAY: Muslera, Luqano (k), Qodin, Viktorino, M.Pereyra, Peres (Equren, 87), Qarqano, Qonzales (Lodeyro, 63), A.Pereyra, Suares (Abreu, 74), Forlan.
FRANSA: Loris, Sanya, Abidal, Qallas, Evra (k), Qyurkuff (Maluda, 75), Tulalan, Diabi, Qovu (Pyer Jinyak, 85), Anelka (Anri, 71), Riberi
Qırmızı vərəqə: Lodeyro, 81.
19.00. CAR - Meksika - 1:1
Baş hakim: Rövşən İrmatov (Özbəkistan)
Yohannesburq. Sokker Siti stadionu
CAR: Kune, Gaxa, Mokoena, Khumalo, Masilela, Modise, Kaqisho Dikqacoi, Pienaar, Letsholonyane, Şabalala, Mpela
MEKSİKA: Peres, Xuares, Rafael Markes, Rodriges, Salsido, Torrado, Kastro, Quardado, Covani Dos Santos, Havyer Ernandea, Karlos Vela
Qollar: Şabalala (55): Rafael Markes (79)
Qolu avtoqol sayıldı, özü isə zədələndi
Toralın komandası böyük hesabla qalib gəldi
"Real" "Barselona"nın uğurlu seriyasına son qoya bilər
"Sabah" - "Qarabağ" matçından - Video
“Belə hallar dünya futbolunda da olur” - Qurban Qurbanov
Azərbaycan millisi Avstraliyaya məğlub oldu
Acun Ilıcalının klubunun qələbə həsrəti davam edir
"İmişli" "Şamaxı"nı belə məğlub etdi - Video
"Sabah" - "Qarabağ" matçında heç-heçə, "İmişli"dən qələbə
Eldəniz və Sənan dünya çempionu oldu
Renat Dadaşovun komandası heç-heçəyə razılaşdı
İnfantino və Venger “Sabah” - “Qarabağ” oyununda - Video
“Məğlubiyyət öz səhvlərimizin nəticəsi oldu” - Azər Bağırov
Fırtına təhlükəsi olsa da, matç keçiriləcək
"Sabah" - "Qarabağ" matçının heyətləri açıqlandı
AFFA prezidenti millinin oyununu izlədi - Şəkillər
"Araz-Naxçıvan" ÇL oyunlarına bu futzalçılarla yollandı
"El-Klasiko"nu buraxacaqlar
"İmişli" - "Şamaxı": Heyətlər
Neymar qırmızı vərəqədən sonra susmadı
Mahirin komandasından növbəti məğlubiyyət
Stefano Pioli: “Məni hələ məşqçi kimi silmək olmaz”
Prezidentin futbolçularla görüşündə maraqlı anlar - Video
Balayev müsahibəni niyə yarımçıq saxladı? - Video
“Sabah”ın futbolçusu Almaniya klubuna keçmək istəyir, amma…
“Tottenhem”dən 40 illik həsrətə son - Video
Canni İnfantino İlham Əliyevə təşəkkür edib
Nərimanın komandası qalib gəldi - Superliqa
London derbisini "Tottenhem" qazandı, "Arsenal"dan qələbə
Şeydayev oynadı, "Soçi" qələbə qazandı
Baş məşqçi meydandan qovuldu
Rüfət Abdullazadənin komandası məğlub oldu
“Məğlub olmadığımıza görə razı qala bilərik” - Yuri Vernidub
"Neftçi" - "Turan Tovuz" matçından - Video
Kurban Berdıyev heç-heçəni şərh etdi
Azərbaycanın iki güləşçisi dünya çempionatının finalında