Almaniyalı hakim: “Oyundan dərhal sonra Messidən formasın istəyəcəyəm”

DÇ-2010 8 İyun 2010 / 17:02 2623
-  A +

«İstərdim ki, Messi öz formasını mənə hədiyyə etsin». Qol.Az-ın verdiyi məlumata əsasən, bu sözləri iyunun 12-də mundialda Argentina – Nigeriya oyununu idarə edəcək almaniyalı baş hakim Volfranq Stark deyib. Onun sözlərinə görə, oyunun final fitindən dərhal sonra Messinin formasını almaq üçün ona yaxınlaşacaq: “İnanıram ki, Messi məmnuniyyətlə öz formasını mənə verəcək. Lakin mən əminəm ki, Nigeriya millisinin bir neçə futbolçusu da oyundan sonra Messi ilə qucaqlaşıb görüşəcək. Əlbətdə ki, dünyanın ən yaxşı futbolçularından biri sayılan Messi ilə hər kəs yaxından görüşmək istər. Bildiyimiz kimi, Argentina qrupun aşkar favoritidir. Lakin mən argentinalı futbolçuların rəqibə qarşı mübarizədə simuliyasiya etməsindan qorxuram. Bununla belə, mənimlə işləyən hakimlər briqadası belə epizodlara tam hazırdır. Argentina millisinin bəzi futbolçuları bizə Avropa klublarından tanışdır. Hər hansı bir promlemin olacağını zənn etmirəm”.
Volfranq Stark, sonda bütün komandalara uğurlar arzuladığını bildirib.          

Son xəbərlər