"Sabah cavab oyununa çıxacaq. Birinci matçda 1:4 hesabı ilə uduzduq. Doğma meydanda qələbə qazanmağa çalışacağıq. Səfərdə üstünlük bizdə olsa da, səhvlərdən qapımızda qollar gördük. Ümid edirik ki, sabahkı oyunda sevinən tərəf biz olacağıq.”
Qol.az-ın məlumatına görə, bu sözləri "Keşlə”nin müvəqqəti baş məşqçisi Zaur İsmayılov Avropa Liqasının I təsnifat mərhələsinin "Baltsan"la (Malta) cavab oyunundan öncə təşkil olunan mətbuat konfransında deyib.O, daha sonra jurnalistlərin suallarını cavablandırıb:
- 1:4 hesablı məğlubiyyət komandaya daha çox təsir etdi, yoxsa baş məşqçi Yuri Maksimovun istefa verməsi?
- Məğlubiyyət ondan öncə oldu. İki gün sonra isə baş məşqçi istefa verdi. 1:4 hesablı məğlubiyyət bizə daha çox təsir etdi.
- "Keşlə” bu məğlubiyyətin əvəzin çıxa biləcəkmi?
- Rəqib zəif deyil. Malta klubu olsa da, bunu hamı gördü. Gərək oyuna istəkli yanaşaq. Onların üstün tərəfləri əks hücumlar idi. Bizim də səhvlərimiz oldu. Gözləmədiyimiz səhvlərdən qollar buraxdıq. Rəqib maksimum şanslardan yararlandı. Biz də əlimizə düşən şanslardan istifadə etməyə çalışacağıq.
- İlk dəfə Avropa Liqasında baş məşqçi kimi komandanı oyuna çıxaracaqsınız. "Keşlə”nin oyununda hansı dəyişikliklər olacaq?
- Bu oyunda rəqibin zəif cəhətlərindən maksimum istifadə etmək istəyirik. Onlar yəqin ki, müdafiə olunacaq.
- "Keşlə”nin itiriləsi heç nəyi qalmayıb. Amil Yunanov və Bahadır Nəsimovu birlikdə meydanda görə bilərikmi?
- Biz hücum futbolu oynayacağıq. Hər şey ola bilər. Hücum eləməyə məcburuq.
- Maksimovun taktiki planına sadiq qalacaqsınız?
- İlk dəqiqələrdən hücum eləyəcəyik. Rəqib öz meydanında da əks hücumlara bel bağlamışdı.
- Pərdis komandaya qayıda bilərmi?
- Hazırda transferləri bağlamışıq. Onunda komandadan getməyi məlumdur. O məsələ hələ ki, bağlanıb.
- Zaur Axundov komandaya necə dəstək olur? Cavab oyununda uğurlu nəticə qazancağınıza inanırmı?
- Zaur Axundov oyundan sonra da futbolçularla görüşdü. Onlara dedi ki, başınızı aşağı salmayın. Dünən də məşqdə iştirak edib. Mərhələni keçəcəyimizə inanır.
- Sabahkı oyunda "Keşlə”nin uğur qazanmasına nə mane ola bilər?
- Bizim qol buraxmağa haqqımız yoxdur. Müdafiədə ayıq - sayıq olmalıyıq. 15-ci dəqiqəyə kimi qol olsa, matçda dönüş eləmək olar. Hücum xəttində isə daha yaxşı çıxış etməliyik.
- Yuri Maksimov ayrılanda sizə oyunla bağlı hansısa göstərişlər verdi? "Baltsan”ı necə mübarizədən kənarlaşdırmaq haqqında sizinlə söhbəti oldumu?
- O sağollaşdı və uğurlar arzuladı. Amma oyunla bağlı heç nə demədi.
- Sabah baş məşqçi kimi avrokuboklarda ilk oyuna çıxacaqsınız. Yuri Maksimovdan nələr öyrənmisiniz?
- Onun özünə uyğun oyun sistemi var. Ondan götürəsi şeylər çoxdur. Hər məşqçidən çalışıram nəsə götürüm. Maksimov hücum futboluna üstünlük verirdi.
- Uğurlu nəticə sizin bu vəzifədə qalmağınıza təkan verə bilərmi?
- Bu, rəhbərliyin qərarıdır (Report).
"Milli sanki meydana heç çıxmamışdı"
Keyn 78 illik rekordu təkrarladı
Argentina ilə oyuna çıxa bilməyəcəklər?
“Turan Tovuz” “Fənərbaxça”ya məğlub oldu
İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi
“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz qərar
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Hücum xəttində problemlərimiz var” - Rəşad Sadıqov
“Turan Tovuz” “Fənərbaxça” ilə matça bu heyətlə çıxır
Rəşad Sadıqov Lixtenşteynlə matçdan danışdı - Video
"Borussiya" "Sabah"la oyun öncəsi futbolçusu üçün narahatdır
"Qarabağ" "Zirə"yə qalib gəldi
"İmişli" "Şəfa" ilə heç-heçə etdi
“Qəbələ” Yaponiya millisinə uduzdu
“Qaradağ Lökbatan” və “Şəmkir”dən böyükhesablı qələbə
Çempionlar Liqası matçını buraxa bilər
Messi yeni klubunun qələbəsini belə qeyd etdi - Şəkil
A Seriyasında ayın ən yaxşısı oldu
"Sabah"dan ayrıldı, Kosovo klubuna keçdi
"Qəbələ" albaniyalı futbolçu transfer etdi
Rafinya yenə La Liqanın ən yaxşısı seçildi
Kukurelya: "Qızıl top"da özümə səs verərdim"
Ukrayna millisinin antirekordu
Hansı oyun hansı kanalda?
Azərbaycan gimnastları 6 medal qazandılar
Rüfət Abbasov: “Sabah biz qalib gəlməliyik”
İlham Əliyev federasiya prezidentini təltif etdi
Məhkəmə Mbappenin iddiasını rədd etdi
Van Bommel Türkiyə üzərində qələbədən danışdı
Türkiyə millisinin ardıcıl üçüncü məğlubiyyəti - Video
Montelladan istefa sualına cavab
“Qarabağ”ın qapıçısı İsveçlə matçı kənardan izlədi
Puxaç darmadağının iştirakçısı olmadı
Varkonyinin debütu yenə baş tutmadı
Fransa - İtaliya matçında heç-heçə, Türkiyə uduzdu
Yankoviç oynadı, komandası qalib gəldi
Almaniya millisinin düşərgəsini tərk etdi