"Benzema üçün milli karyera artıq bitib" – federasiya prezidenti

"Benzema üçün milli karyera artıq bitib" – federasiya prezidenti
XƏBƏR 3 İyun 2018 / 15:26 4986
-  A +

Fransa Futbol Federasiyasının prezidenti Noel Le Qre “Real”ın hücumçusu Kərim Benzemanın onunla bağlı tənqidlərinə cavab verib.

Qol.az-ın “goal.com”a istinadən yaydığı xəbərə görə, N. L. Qre təcrübəli futbolçu haqda pis söz demədiyini bildirib:

“Benzema haqda dediyim sözlərdə pis heç nə yox idi. Əksinə, yenə fikrimdə qalıram ki, o, əla oyunçudur. Ancaq milli karyera Benzema üçün bitib”.

Qeyd edək ki, N. L. Qre bir müddət öncə müsahibəsində demişdi ki, Benzema 3 ildir yığmaya dəvət almır, komandanın artıq öz oyun üslubu var. O, “Real”ın hücumçusu ilə bağlı məsələdə geriyə yol olmadığını bildirmişdi".

Son xəbərlər
topaz banner