“Azarkeşlər maraqlı oyun izləyəcəklər” - Maksimov

“Azarkeşlər maraqlı oyun izləyəcəklər” -  Maksimov
GÜNDƏM 28 May 2018 / 01:46 3700
-  A +

“Keşlə”nin baş məşqçisi Yuri Maksimov Azərbaycan kubokunun finalından danışıb.

Qol.az xəbər verir ki, PFL-in saytına açıqlamasında ukraynalı mütəxəsis deyib:

“Əlbəttə, kubok oyununda oynamaq “Keşlə” futbolçuları üçün böyük sevincdir. Xüsusilə də Azərbaycan Respublikasının 100 illiyinin qeyd olunduğu gündə final oyununda iştirak etmək ikiqat sevinclidir. Təbii ki, azarkeşlər maraqlı oyun izləyəcəklər. Müsbət nəticə əldə etmək üçün çalışacağıq”.

Daha çox


Son xəbərlər