“Məncə, hər iki komanda qalib gəlmək istəyirdi. Hər iki komandanın da qol imkanları oldu. Ancaq bizim şanslarımız daha çox idi. Sadəcə, fürsətlərdən istifadə edə bilmədik”.
Qol.az-ın məlumatına görə, bu sözləri "Keşlə"nin futbolçusu Vaqif Cavadov Topaz Premyer Liqasının 26-cı turunda "Qəbələ" ilə səfərdə 1:1 hesabı ilə heç-heçə etdikləri oyundan sonra jurnalistlərə açıqlamasında deyib.
O, hər iki komandanın meydanda sonadək mübarizə apardığını bildirib: "Meydan əladır. Qəbələdə əsl futbol havası var idi. Komandamızı təbrik edirəm. Yaxşı oyun nümayiş etdirdik. Qarşıdakı matçlara baxırıq".
29 yaşlı yarımmüdafiəçi Azərbaycan kubokunun finalı haqda da danışıb: "Həmin vaxta çox var. Çempionatda hələ 2 qarşılaşmamız var. Oyundan-oyuna istəyirik ki, qalib gələk, komandanın əhval-ruhiyəsini pozmayaq və yüksəldək. Deməzdim ki, bu, finalın "repetitsiyası" idi. Hər iki komanda oyunlara eyni hazırlaşır. İndi necə hazırlaşdıqsa, Qəbələdəki finala da elə hazırlaşacağıq. Kim güclü olacaq, o da qalib gələcək. Ona görə də hər iki komandaya uğurlar arzulayıram. Hər iki komanda 90 dəqiqədə açıq futbol oynadı. Nə biz heç-heçə istəyirdik, nə də onlar. "Qəbələ"nin mərkəz müdafiəçiləri künc zərbələri zamanı bizim cərimə meydanına gəlmirdisə, bu, mənə aid olan məsələ deyil".
V.Cavadov finalın Qəbələdə keçirilməsi haqda danışmağa ehtiyac olmadığını söyləyib: "Buna əvvəldən qərar verilib. Hara təyin ediblərsə, orda da oynayacağıq. Finalın Qəbələdə keçirilməsinin rəqib üçün heç bir üstünlüyü yoxdur. Bu matç da "Qəbələ"nin meydanında oldu. Ancaq gördüyünüz kimi, yaxşı oynadıq, qol şansımız çox oldu, xal qazandıq. Harada deyəcəklər, orada da oynayacağıq. Sadəcə, qazona öyrəşmək məsələsi var. Süni örtükdə oynadığımızdan buna öyrəşmişik. Yəqin ki, final qabağı son məşqlərimizi təbii otda keçirəcəyik və hər şey qaydasında olacaq".
V. Cavadov sonda karyerası barədə danışıb: "Mövsümün sonunda klubla müqaviləm bitsə də, hələ heç nə qərar verməmişəm. Allahın köməyilə finaldan sonar qərar verərik”.
"Qarabağ" Niderlanddan qələbə ilə qayıdır
Avropa Liqası: "Beşiktaş"dan qələbə, "Trabzonspor" büdrədi
"Ayaks" azarkeşlərindən etiraz
Şeydayev oynadı, komandası qalib gəldi
"Məni ən çox nankorluq narahat edir"
“Kayrat”dan ağır məğlubiyyət
Onlar da bugünkü oyunu buraxırlar - “Qarabağ”da yeni itkilər
“Qarabağ” “Tvente” ilə oyuna bu heyətlə çıxır
Ronaldinyo 46 yaşında karyerasını bərpa edir
London klubu azarkeşlərinə xəbərdarlıq etdi
“Bu forma üçün əlimdən gələni edəcəyəm”
Premyer Liqadakı ilk matçını buraxa bilər
“Karvan-Yevlax” nigeriyalı futbolçu ilə gücləndi
“Barselona” Kanselunu transfer etdi
Klub tarixinin ən gənc debütantı oldu
"Qarabağ"la oyun öncəsi "Tvente"də ayrılıq
"Barselona" Kundeyə qiymət qoydu
"Parma"dan "Benfika"ya - Rəsmi
"Qalatasaray" rus futbolçunun transferini elan etdi
Dünyanın ən bahalı futbol klubları – Siyahı
Azərbaycandan ayrılıb Polşa klubuna keçdi
La Liqada 400-cü oyun
Mourinyonun toxunulmazları
Simiç tarixə belə düşdü
"Sumqayıt"ın xəsarət alan futbolçusuna ağır cəza
"Barselona" "Fənərbaxça"nın qapıçısını istəyir
Brahim Konate Kipr klubunda
“Sabah”ın qapıçısı Qazaxıstan millisinə çağırıldı
"Tvente" - “Qarabağ” oyunu bu kanalda
“Sabah”ın bombardiri: “Stadionu doldurun!” - Video
“Milan” Dieqo Moreyranı transfer etdi
“Səbail” – “Sakaryaspor” oyununda kütləvi dava olub
“Hapoel” - “Sabah” oyununun - Videoicmalı
“Bir həftə ərzində səhvlərimizi düzəltməliyik” - Dambrauskas
"Bakıda yaxşı oyun keçirəcəyik” - “Hapoel"in baş məşqçisi
“Barselona” 48-ci dəfə “Joan Qamper” kubokunu qazandı
Kamilo Duran dubl etdi, "Seltik" qalib gəldi
"Sabah" "Hapoel"ə məğlub oldu
"Zirə" və "Neftçi" qalib gəldi, "Sumqayıt" uduzdu
Stadionda meyit tapıldı