“Beşiktaş”a ağır cəza – kuboka buraxılmayacaq

“Beşiktaş”a ağır cəza –  kuboka buraxılmayacaq
GÜNDƏM 5 May 2018 / 14:55 6832
-  A +

Türkiyə Futbol Federasiyası (TFF) “Beşiktaş”ı cəzalandırıb.

Qol.az-ın “Fanatik”ə istinadən yaydığı xəbərə görə, “Fənərbaxça” ilə kubokun yarımfinalının cavab oyununa çıxmaqdan imtina edən İstanbul klubuna texniki məğlubiyyət verilib. Bununla da “Fənərbaxça” finala yüksəlib.

TFF həmçinin, “Beşiktaş”ın gələn mövsüm kubok oyunlarında iştirakına qadağa qoyub.

Xatırladaq ki,  “Beşiktaş” və “Fənərbaxça” arasında keçirilən ilk oyunda 2:2 hesabı qeydə alınıb. Cavab görüşündə isə məlum qalmaqaldan sonra oyun yarımçıq dayandırılıb. TFF matçın yarımçıq qaldığı yerdən - 57-ci dəqiqədən etibarət azarkeşlərsiz davam etdirilməsinə qərar versə də, “Beşiktaş” oyuna çıxmaqdan imtina edib.

Daha çox


Son xəbərlər