Azərbaycan milli komandasının və "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov AFFA Gənclər Liqasının qaliblərinin mükafatlandırma mərasimindən sonra brifinq keçirib.
Qol.az-ın məlumatına görə, 46 yaşlı mütəxəssis əvvəlcə “Qəbələ” – “Qarabağ” oyununu dəyərlənidirb.
- "Qəbələ"ni və rəhbərliyini çempionluq münasibətilə təbrik edirəm. Ötən il də bu iki komanda arasında gərgin mübarizə getmişdi. Çox istəkli, həyəcanlı idilər. Belə yaşda çempionluq sevinci yaşamaq onların inkişafları üçün çox önəmlidir. Hər iki komandaya uğurlar arzulayıram.
- Fasilə zamanı "Qarabağ"ın paltardəyişmə otağına ketdiniz?
- Xeyr.
- "Qarabağ"ın heyətində oğlunuz Musa Qurbanlı sona 15 dəqiqə qalmış meydana çıxdı. Həmin an bir valideyn kimi hansı hissləri keçirdiniz və oğlunuzun oyununu necə dəyərləndirərdiniz?
- Belə həlledici görüşlərdə futbolçular həyəcanlı olurlar. Musanın hələ 16 yaşı var. Onun oyunu barədə fikir bildirməyim düzgün çıxmaz. Özümə gəldikdə, məşqçi kimi kənarda durmaq daha rahat idi, nəinki yuxarıda durub azarkeşlik etmək. Belə bir hiss keçirdim.
- Milli komandaya yeni oyunçuların cəlb olunması nəzərdə tutulub?
- Hələ qarşıda 3 tur var. Adlar həmişə var, nəzarətdə olan oyunçular çoxdur. Son 3 turun görüşlərinə də baxdıqdan sonra qərar verəcəyik. Əvvəllər də bildirmişəm ki, hər bir toplanışda yeni simanın olması mümkündür. Digər tərəfdən, futbolçunun milliyə bir dəfə çağırılması onun daim komandada olacağı anlamına gəlməməlidir. Yoldaşlıq oyunlarında müəyyən rotasiyalar aparacağıq. Mövsümün sonunadək oyunları izlədikdən sonra qərarımızı verəcəyik.
- Heyəti açıqlamaq üçün də son turu gözləyəcəksiniz?
- Xeyr, ola bilər bir az tez - sona bir tur qalmış açıqlayaq.
- Ufuk Budakın qarşıdakı yoldaşlıq görüşlərinə çağırılması mümkündür?
- Gəlmə ehtimalı var.
- Azərbaycan kubokunun finalçıları "Qəbələ" və "Keşlə"dən Qırğızıstanla qarşılaşmaya alınmasa belə, Qazaxıstanla Latviyaya qarşı yoldaşlıq görüşlərinizə oyunçu çağıracaqsınız?
- Bəli. Ola bilər ki, final matçından sonra yığmaya dəvətli futbolçuların sayını artıraq.
- UEFA Millətlər Liqası üçün optimal heyəti nə vaxt müəyyənləşdirəcəksiniz?
- Təəssüf ki, milli komanda üçün optimal heyəti formalaşdırmaq bir qədər çətindir. Buna baxmayaraq, hər bir baş məşqçinin fikrində və düşüncəsində müəyyən heyət olur. Onun ətrafında isə oyundan-oyuna kiçik dəyişikliklər aparılır. Çox istərdim ki, optimal heyətimiz olsun. Düşünürəm ki, qarşıdakı 3 yoldaşlıq oyunu 100 faiz olmasa da, buna yaxın bir heyət formalaşdırmağa şərait yaradacaq.
- "Qəbələ"nin qapıçısı Dmitri Bezotosnının milliləşdirilmə məsələsi nə dərəcədə realdır?
- Açığı, məndə belə bir fikir olmayıb.
- Rəşad Sadıqov "Qarabağ"ın U-19 komandasında missiyasını başa çatdırırmı?
- Bu barədə mövsümün sonunda ətraflı danışacağıq.
- Xama Billiatın "Qarabağ"a keçidi məsələsi nə yerdədir?
- Dəfələrlə demişəm ki, müəyyən qrup futbolçularla ilboyu maraqlanırıq. Lakin bu, onların komandamızda mütləq olacaqları anlamına gəlmir. Bəzən bizdən asılı olmayan nüanslar olur. Lakin bu gün belə bir qərar verilməyib ki, Billiat mütləq "Qarabağ"da olacaq(Sportnet.az).
Hakim qərarı Kabo-Verde azarkeşlərini özündən çıxardı
Erve Renar istefa verdi
"Qarabağ"dan 1-ci liqa klubuna keçdi
"Turan Tovuz" yeni qapıçı transfer etdi
Mərakeşin futbolçusu sıradan çıxdı
Argentina Almaniyanın DÇ rekordunu təkrarladı
"Beşiktaş" futbolçusu ilə yollarını ayırdı
"Son oyunlardakı performansımız kifayət etməyəcək"
Kanada - Mərakeş: Heyətlər
"Barselona"dan Əl-Hilal"a keçə bilər
Premyer Liqa klublarının hədəfinə düşdü
"İmişli" onu da göndərdi
Modriç millidən gedir?
Fransa millisində itki - Paraqvayla matçı buraxacaq
Karyerasını bitirməyi düşünürdü, amma...
Kapitan "Liverpul"da qalır
"Sabahın Ulduzları" ilə bağlı tədbir keçirilib
"Almaniya millisində işləməyə hazıram” - Klopp
"İmişli"də daha bir ayrılıq
Məhəmməd Salahın qələbə şousu - Video
"Hər kəsə çay içməyi məsləhət görürəm"
"Kəpəz" "Qəbələ" ilə qarşılaşacaq
40 yaşlı Modriç "Milan"da qalır
Skaloni Argentina millisi ilə 100-ə çatdı
"Xankəndi" baş məşqçisi ilə bağlı qərar verdi
Messi 40 yaşlı Vozinyaya heyran qaldı
Kolumbiya - Qana oyununun ən yaxşısı seçildi
Bu oyuna biletlərin qiyməti 57 dəfə artıb!
Amansız mübarizə və Argentinanın 1/8 final sevinci - Video
Bombardirlər siyahısı - Messi yenidən zirvədə
İngiltərə millisinə yuxu dərmanı veriləcək
UEFA çexləri cəzalandırdı, “Qarabağ”ın yolu asanlaşdı
DÇ-2026: 1/8 finalın bütün cütlükləri
Argentina və Kolumbiya da 1/8 finala adladı - Yenilənib
Avtoqol, penaltilər seriyası, Misirin qələbəsi - Video
Oyunun ən yaxşısı Messi oldu
Dünya çempionatında avtoqol rekordu
Salah oyunun ən yaxşısı seçildi
"Şamaxı" üçün daha bir rəqib
Misir 1/8 finalda - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sumqayıt"da braziliyalı qapıçı - Rəsmi
Onana daha bir mövsüm "Trabzonspor"da
"Kəpəz" yeni baş məşqçi ilə müqavilə imzaladı