Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 29-da Dünya Güləş Birliyinin prezidenti Nenad Laloviçi qəbul edib.
Qol.az “Azərtac”a istinadən xəbər verir ki, Dünya Güləş Birliyinin prezidenti Nenad Laloviç dövlət başçısını prezident seçkilərində qələbəsi münasibətilə təbrik edib. Nenad Laloviç Bakıda Formula 1 yarışlarının yüksək səviyyədə təşkil edildiyini vurğulayıb. O, məmnunluq hissi ilə qeyd edib ki, Azərbaycan güləş idman növündə dünyanın ən aparıcı ölkələri sırasındadır.
Azərbaycanın mötəbər beynəlxalq idman yarışlarının təşkil olunduğu məkana çevrildiyini qeyd edən Nenad Laloviç 2015-ci ildə birinci Avropa Oyunlarının ölkəmizdə çox gözəl təşkilinin dünya idman ictimaiyyəti tərəfindən böyük maraqla izlənildiyini deyib. Azərbaycan güləşçilərinin əldə etdiyi uğurlara toxunan qonaq ABŞ-da sərbəst güləş üzrə dünya kuboku yarışlarında Azərbaycan yığma komandasının ikinci yer tutmasının önəmini qeyd edib.
Dövlət başçısı təbriklərə görə minnətdarlığını bildirib. Prezident İlham Əliyev Azərbaycanda idmanın inkişafının sağlam gənc nəslin və perspektivli idmançıların yetişməsi baxımından böyük önəm daşıdığını bildirbi, Azərbaycan idmançılarının müxtəlif sahələrdə, o cümlədən güləş idman növündə böyük uğurlar qazandığını məmnunluqla söyləyib.
Nenad Laloviç müxtəlif illərdə güləş idman növündə xidmətlərinə görə və birlik tərəfindən seçilmiş fəxri insanlar üçün təyin olunmuş Dünya Güləş Birliyinin ən ali mükafatı “Qızıl Ordeni” dövlət başçısına təqdim edib.
Dövlətimizin başçısı mükafata görə minnətdarlığını bildirib.
"Qarabağ" Niderlanddan qələbə ilə qayıdır
Avropa Liqası: "Beşiktaş"dan qələbə, "Trabzonspor" büdrədi
"Ayaks" azarkeşlərindən etiraz
Şeydayev oynadı, komandası qalib gəldi
"Məni ən çox nankorluq narahat edir"
“Kayrat”dan ağır məğlubiyyət
Onlar da bugünkü oyunu buraxırlar - “Qarabağ”da yeni itkilər
“Qarabağ” “Tvente” ilə oyuna bu heyətlə çıxır
Ronaldinyo 46 yaşında karyerasını bərpa edir
London klubu azarkeşlərinə xəbərdarlıq etdi
“Bu forma üçün əlimdən gələni edəcəyəm”
Premyer Liqadakı ilk matçını buraxa bilər
“Karvan-Yevlax” nigeriyalı futbolçu ilə gücləndi
“Barselona” Kanselunu transfer etdi
Klub tarixinin ən gənc debütantı oldu
"Qarabağ"la oyun öncəsi "Tvente"də ayrılıq
"Barselona" Kundeyə qiymət qoydu
"Parma"dan "Benfika"ya - Rəsmi
"Qalatasaray" rus futbolçunun transferini elan etdi
Dünyanın ən bahalı futbol klubları – Siyahı
Azərbaycandan ayrılıb Polşa klubuna keçdi
La Liqada 400-cü oyun
Mourinyonun toxunulmazları
Simiç tarixə belə düşdü
"Sumqayıt"ın xəsarət alan futbolçusuna ağır cəza
"Barselona" "Fənərbaxça"nın qapıçısını istəyir
Brahim Konate Kipr klubunda
“Sabah”ın qapıçısı Qazaxıstan millisinə çağırıldı
"Tvente" - “Qarabağ” oyunu bu kanalda
“Sabah”ın bombardiri: “Stadionu doldurun!” - Video
“Milan” Dieqo Moreyranı transfer etdi
“Səbail” – “Sakaryaspor” oyununda kütləvi dava olub
“Hapoel” - “Sabah” oyununun - Videoicmalı
“Bir həftə ərzində səhvlərimizi düzəltməliyik” - Dambrauskas
"Bakıda yaxşı oyun keçirəcəyik” - “Hapoel"in baş məşqçisi
“Barselona” 48-ci dəfə “Joan Qamper” kubokunu qazandı
Kamilo Duran dubl etdi, "Seltik" qalib gəldi
"Sabah" "Hapoel"ə məğlub oldu
"Zirə" və "Neftçi" qalib gəldi, "Sumqayıt" uduzdu
Stadionda meyit tapıldı