"Həmişəki kimi "Keşlə” ilə oyun ağır keçdi. Sevindirici haldır ki, udduq. Amma hər iki hissədən narazı qaldıq. Yorğunuq, özümüzə gələ bilmirik. Xarakterin hesabına qalib gəldik. Amma bu, bizi sakitləşdirmir. Son matçları həddindən artıq pis keçiririk”.
Qol.az xəbər verir ki, bunu "Sumqayıt”ın baş məşqçisi Samir Abasov Topaz Premyer Liqasının 23-cü turunda evdə "Keşlə” ilə oyundan (2:1) sonra deyib.
O, matçdan sonra təşkil edilən mətbuat konfransında sualları da cavablandırıb:
- Rail Məlikovu ehtiyatda saxlayıb, 4 müdafiəçi ilə oynamaq riski deyil ki?
- Railin zədəsi vardı. "Qəbələ” ilə görüşdə Vurğun Hüseynovu riskə atdıq, hələ də başımızı döyürük. Uşaq hələ özünə gələ bilmir. Bu gün "Sumqayıt”dan bir neçə oyunçu milliyə çağrılır. Milli də 4 müdafiəçi ilə oynayır. Bu gün sistemdə problemimiz yox idi. İlk hissədə küləyə qarşı oynayırıdıq, faciə idi. "Keşlə” ilə Azərbaycan kubokunun cavab yarımfinal matçına görə bir az həyacanlanıram, həm də qorxuram.
- Qapıda Fərhad Vəliyevin əvəzinə Mehdi Cənnətovu oynatmağınız nə ilə bağlıdır?
- Oynamayan uşaqlar da oynamalıdır. Bizdə beyin yorğunluğu var. Uşaqlara istirahət lazımdır.
- "Sumqayıt” millinin sistemində oynamağa məcburdur?
- Bəlkə yayda burda olmadım. Yeni gələn məşqçi baxacaq ki, bunlar 4 müdafiəçi ilə oynaya bilmirlər. Futbolçular hər bir sistemdə oynamağı bacarmalıdırlar.
- "Keşlə”nin baş məşqçisi Yuri Maksimov kubokun cavab matçı üçün sürprizlərinin olduğunu söylədi. Bəs, sizdə necə?
- Planlarım var. Amma mən Maksimov kimi ürəklə deyə bilmərəm. Bəlkə, ilk matçda 1:0 udub deyə, rahat şəkildə bunu söyləyə bilir (sportnet.az).
"Qarabağ" Niderlanddan qələbə ilə qayıdır
Avropa Liqası: "Beşiktaş"dan qələbə, "Trabzonspor" büdrədi
"Ayaks" azarkeşlərindən etiraz
Şeydayev oynadı, komandası qalib gəldi
"Məni ən çox nankorluq narahat edir"
“Kayrat”dan ağır məğlubiyyət
Onlar da bugünkü oyunu buraxırlar - “Qarabağ”da yeni itkilər
“Qarabağ” “Tvente” ilə oyuna bu heyətlə çıxır
Ronaldinyo 46 yaşında karyerasını bərpa edir
London klubu azarkeşlərinə xəbərdarlıq etdi
“Bu forma üçün əlimdən gələni edəcəyəm”
Premyer Liqadakı ilk matçını buraxa bilər
“Karvan-Yevlax” nigeriyalı futbolçu ilə gücləndi
“Barselona” Kanselunu transfer etdi
Klub tarixinin ən gənc debütantı oldu
"Qarabağ"la oyun öncəsi "Tvente"də ayrılıq
"Barselona" Kundeyə qiymət qoydu
"Parma"dan "Benfika"ya - Rəsmi
"Qalatasaray" rus futbolçunun transferini elan etdi
Dünyanın ən bahalı futbol klubları – Siyahı
Azərbaycandan ayrılıb Polşa klubuna keçdi
La Liqada 400-cü oyun
Mourinyonun toxunulmazları
Simiç tarixə belə düşdü
"Sumqayıt"ın xəsarət alan futbolçusuna ağır cəza
"Barselona" "Fənərbaxça"nın qapıçısını istəyir
Brahim Konate Kipr klubunda
“Sabah”ın qapıçısı Qazaxıstan millisinə çağırıldı
"Tvente" - “Qarabağ” oyunu bu kanalda
“Sabah”ın bombardiri: “Stadionu doldurun!” - Video
“Milan” Dieqo Moreyranı transfer etdi
“Səbail” – “Sakaryaspor” oyununda kütləvi dava olub
“Hapoel” - “Sabah” oyununun - Videoicmalı
“Bir həftə ərzində səhvlərimizi düzəltməliyik” - Dambrauskas
"Bakıda yaxşı oyun keçirəcəyik” - “Hapoel"in baş məşqçisi
“Barselona” 48-ci dəfə “Joan Qamper” kubokunu qazandı
Kamilo Duran dubl etdi, "Seltik" qalib gəldi
"Sabah" "Hapoel"ə məğlub oldu
"Zirə" və "Neftçi" qalib gəldi, "Sumqayıt" uduzdu
Stadionda meyit tapıldı