Azərbaycanlı futbolçu Çexiyada dubl etdi

Azərbaycanlı futbolçu Çexiyada dubl etdi
GÜNDƏM 9 Aprel 2018 / 15:40 4734
-  A +

"Slaviya"nın U-21 komandasının üzvü Rövlan Muradov Çexiya çempionatında növbəti dəfə fərqlənib.

Qol.az-ın məlumatına görə, U-21 millimizin üzvü gənclər liqasının 23-cü turunun "Bohemians 1905"la görüşündə dubl edib.

Gənc futbolçu 22-ci və 40-cı dəqiqələrdə komandasının 2-ci və 4-cü qollarına imza atıb. Oyun isə "Slaviya"nın 5:2 qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, "Slaviya" bu nəticədən sonra 33 xalla 8-ci pillədə qərarlaşıb.

Daha çox


Son xəbərlər
09.07.25  13:19

"Kəpəz"də ayrılıq