“Neftçi”nin yarımmüdafiəçisi İqnasio Herrera Topaz Premyer Liqanın 21-ci turunda “Səbail”ə 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Qol.az-ın məlumatına görə, görüşdə hər iki qolun müəllifi olan çilili futbolçu öncə qarşılaşma ilə bağlı fikirlərini açıqlayıb.
- Oyunun çətin keçəcəyini bilirdik və buna hazır idik. “Səbail”in irəli atılıb bizi öndə sıxacağını gözləyirdik. İlk hissədə istədiyimiz kimi oynaya bilməsək də, fasilədən sonra buna nail olduq və meydanı qələbə ilə tərk etdik.
- İlk hissədə oyununuzun alınmaması nə ilə bağlı idi?
- Rəqibin sərgilədiyi futbola görə oyunumuz alınmadı. Hücumlarımızın qarşısını ala bilirdilər. Ümumiyyətlə, “Səbail” çox yaxşı komandadır. Onlar bizi çox yaxşı tanıyırlar. “Səbail”in bir neçə futbolçusu ilə birgə oynamışam. Buna görə də ilk hissədə oyunumuz yaxşı alınmadı. Ancaq sonda qələbə qazandığımız üçün sevinirəm.
- Əsas heyətin 3 futbolçusu meydanda yox idi. Bu, oyununuza nə dərəcədə təsir etdi?
- “Neftçi” bir neçə futbolçudan ibarət deyil. Biz kollektivik. Heyətdə 23-24 futbolçu varsa, hamısı oynamağa hazır olmalıdır. Təxminən 10-a yaxın futbolçumuz milli komandanın təlim-məşq toplanışında idi. Bu matça az futbolçu ilə hazırlaşırdıq. Amma yenə də xarakter göstərərək, qələbə qazanmağı bacardıq.
- Vurduğunuz qollarla bağlı nə deyə bilərsiniz?
- Bu gün 2 qol vurduğum üçün sevinirəm. Komandama qələbə qazandırdım. Bundan başqa, bu gün atam da stadionda idi. O, Çilidən məni izləməyə gəlmişdi. Onu da sevindirdiyim üçün çox şadam.
- Növbəti turda “Sumqayıt”la qarşılaşacaqsınız. Həmin matçı 3-cü pillənin taleyi baxımından həlledici hesab etmək olarmı?
- Çox çətin və maraqlı mübarizə olacaq, çünki hər iki komanda 3-cü yer uğrunda mübarizə aparır. İnanıram ki, sevinən tərəf biz olacağıq.
- Hücumçu olmasanız da, komandanın ən sərrast futbolçususunuz...
- Qol ötürməsi verəndə və ya komandama faydam dəyəndə daha çox sevinirəm. Bu gün də vurduğum qollar qələbədə həlledici oldu. Buna görə çox sevincliyəm. İnanıram ki, növbəti matçlarda da fərqlənəcəm.
"Qarabağ" Niderlanddan qələbə ilə qayıdır
Avropa Liqası: "Beşiktaş"dan qələbə, "Trabzonspor" büdrədi
"Ayaks" azarkeşlərindən etiraz
Şeydayev oynadı, komandası qalib gəldi
"Məni ən çox nankorluq narahat edir"
“Kayrat”dan ağır məğlubiyyət
Onlar da bugünkü oyunu buraxırlar - “Qarabağ”da yeni itkilər
“Qarabağ” “Tvente” ilə oyuna bu heyətlə çıxır
Ronaldinyo 46 yaşında karyerasını bərpa edir
London klubu azarkeşlərinə xəbərdarlıq etdi
“Bu forma üçün əlimdən gələni edəcəyəm”
Premyer Liqadakı ilk matçını buraxa bilər
“Karvan-Yevlax” nigeriyalı futbolçu ilə gücləndi
“Barselona” Kanselunu transfer etdi
Klub tarixinin ən gənc debütantı oldu
"Qarabağ"la oyun öncəsi "Tvente"də ayrılıq
"Barselona" Kundeyə qiymət qoydu
"Parma"dan "Benfika"ya - Rəsmi
"Qalatasaray" rus futbolçunun transferini elan etdi
Dünyanın ən bahalı futbol klubları – Siyahı
Azərbaycandan ayrılıb Polşa klubuna keçdi
La Liqada 400-cü oyun
Mourinyonun toxunulmazları
Simiç tarixə belə düşdü
"Sumqayıt"ın xəsarət alan futbolçusuna ağır cəza
"Barselona" "Fənərbaxça"nın qapıçısını istəyir
Brahim Konate Kipr klubunda
“Sabah”ın qapıçısı Qazaxıstan millisinə çağırıldı
"Tvente" - “Qarabağ” oyunu bu kanalda
“Sabah”ın bombardiri: “Stadionu doldurun!” - Video
“Milan” Dieqo Moreyranı transfer etdi
“Səbail” – “Sakaryaspor” oyununda kütləvi dava olub
“Hapoel” - “Sabah” oyununun - Videoicmalı
“Bir həftə ərzində səhvlərimizi düzəltməliyik” - Dambrauskas
"Bakıda yaxşı oyun keçirəcəyik” - “Hapoel"in baş məşqçisi
“Barselona” 48-ci dəfə “Joan Qamper” kubokunu qazandı
Kamilo Duran dubl etdi, "Seltik" qalib gəldi
"Sabah" "Hapoel"ə məğlub oldu
"Zirə" və "Neftçi" qalib gəldi, "Sumqayıt" uduzdu
Stadionda meyit tapıldı