"Skenderbeu" 10 illik avrokuboklardan kənarlaşdırıldı

"Skenderbeu" 10 illik avrokuboklardan kənarlaşdırıldı
GÜNDƏM 30 Mart 2018 / 01:15 6801
-  A +

UEFA son Albaniya çempionu "Skenderbeu"nu 10 il müddətinə avrokuboklardan kənarlaşdırıb.

Qol.az-ın Albaniya mətbuatına istinadən yaydığı xəbərə görə, klub danışılmış oyunlarda iştirak etməkdə təqsirləndirilib.

UEFA müfəttişlərinin hazırladıqları raportda 50-dən çox danışılmış oyunun adları qeyd edilib.


“Skenderbeu”nun 2015/16 mövsümündəki çempionluğu da ləğv edilib. Klub həmçinin, 1 milyon avro cərimə olunub.

Qeyd edək ki, "Skenderbeu" 2016/17 mövsümündə 1 il avrokuboklardan kənarlaşdırılmış və çempionluğu əlindən alınmışdı.

Daha çox


Son xəbərlər