"Azərbaycan üzərində qələbə müsbət təsirini göstərib"

"Azərbaycan üzərində qələbə müsbət təsirini göstərib"
GÜNDƏM 26 Mart 2018 / 11:40 3883
-  A +

“Bir neçə gündür havanın sərt olmasına baxmayaraq, uşaqlar iradə göstərdilər. Azərbaycan üzərində qələbə bizə müsbət təsirini göstərib”.

Qol.az-ın məlumatına görə, bu sözləri 21 yaşadək futbolçulardan ibarət Kosovo millisinin məşqçisi Ərdoğan Çelina deyib.

O, Kosovo mətbuatına açıqlamasında Avropa çempionatının seçmə mərhələsində yığmamıza qalib gəldikləri (2:0) oyun və növbəti turda Almaniya ilə qarşılaşacaqları matç haqda danışıb:“Azərbaycana qalib gəldiyimiz üçün Almaniya ilə görüşə rahat hazırlaşırıq. Bu oyunu səbirsizliklə gözləyirik. Ümid edirəm ki, azarkeşlərimizi məyus etməyəcəyik”.

Daha çox


Son xəbərlər