“2017-ci il futbolla zəngin il oldu. İlk növbədə, 23 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bizi sevindirdi. Yığmamız IV İslam Həmrəyliyinin qalibi oldu".
Qol.az-ın məlumatına görə, bu sözləri AFFA-nın baş katibi Elxan Məmmədov qurumun bu gün keçirilən 15-ci Hesabat Konfransında deyib.
"Ötən ildən danışanda təbii ki, dərhal Çempionlar Liqasının himninin səsi qulağımıza gəlir. “Qarabağ” bizi çox sevindirdi. Paradoksal məqam odu ki, Çempionlar Liqasının qrupunda iştirak edən 32 komandadan “Qarabağ” yeganə klub oldu ki, 8 komandalı çempionatı təmsil edirdi. Bu, keyfiyyət və kəmiyyəti müqayisə etmək üçün bir platformadı. Arzu edirəm ki, növbəti illərdə də komandalarımız avrokubokların qrup mərhələsində oynasınlar” - deyə o bildirib.
E. Məmmədov 2019-cu ildə Avropa Liqasının finalının Bakıda keçiriləcəyinə də toxunub: “Bu tenderdə qalib gəldik. Çempionlar Liqasının finalını keçirmək üçün namizədliyimizi irəli sürdük. Lakin anlayırdıq ki, digər namizəd Madridin şansı daha çox idi. UEFA prezidenti Aleksandr Çeferin başda olmaqla, bizə göstərdikləri etimada görə hamınısa minnətdarıq. Uşaq futbolunu da vurğulamaq istərdim. 2015-ci ildən bu günə qədər uşaq futbolunda komandaların sayı azalmadı, əksinə artdı. Digər məsələ 2017-ci ilin sonunda İcraiyyə Komitəsinin təşkil olunan iclası idi. Orda önəmli qərarlar qəbul olundu. Region Liqası təşkil olundu, bununla bağlı işçi qrupları yaradıldı. Keçən ildən bu liqaya start verildi, 24 komanda iştirak edir. Çalışdıq ki, bu liqanın final mərhələsində bütün bölgələr iştirak etsin. Yeni layihədi. Ümid edirəm ki, növbəti illərdə daha detallı məlumat vermək imkanımız olacaq”.
E.Məmmədov danışılmış oyunlarla bağlı da fikirlərini bildirib: “Əfsuslar olsun ki, danışılmış oyunlarla bağlı virus geniş yayılmaqdadır. Hələlik başlanğıc mərhələsindəyik. Keçən ildən başlayaraq mühafizə orqanları ilə əməkdaşlıq edirik. Bu mübarizəni davam etdirəcəyik. Məşqçilərimiz, hakimlərimiz, futbolda işləyən digər şəxslərdən xahiş edirəm ki, bu mübarizəyə qoşulsunlar. Mübarizə aparmasaq, bu virus bizi məhv edəcək”.
"Qarabağ" Niderlanddan qələbə ilə qayıdır
Avropa Liqası: "Beşiktaş"dan qələbə, "Trabzonspor" büdrədi
"Ayaks" azarkeşlərindən etiraz
Şeydayev oynadı, komandası qalib gəldi
"Məni ən çox nankorluq narahat edir"
“Kayrat”dan ağır məğlubiyyət
Onlar da bugünkü oyunu buraxırlar - “Qarabağ”da yeni itkilər
“Qarabağ” “Tvente” ilə oyuna bu heyətlə çıxır
Ronaldinyo 46 yaşında karyerasını bərpa edir
London klubu azarkeşlərinə xəbərdarlıq etdi
“Bu forma üçün əlimdən gələni edəcəyəm”
Premyer Liqadakı ilk matçını buraxa bilər
“Karvan-Yevlax” nigeriyalı futbolçu ilə gücləndi
“Barselona” Kanselunu transfer etdi
Klub tarixinin ən gənc debütantı oldu
"Qarabağ"la oyun öncəsi "Tvente"də ayrılıq
"Barselona" Kundeyə qiymət qoydu
"Parma"dan "Benfika"ya - Rəsmi
"Qalatasaray" rus futbolçunun transferini elan etdi
Dünyanın ən bahalı futbol klubları – Siyahı
Azərbaycandan ayrılıb Polşa klubuna keçdi
La Liqada 400-cü oyun
Mourinyonun toxunulmazları
Simiç tarixə belə düşdü
"Sumqayıt"ın xəsarət alan futbolçusuna ağır cəza
"Barselona" "Fənərbaxça"nın qapıçısını istəyir
Brahim Konate Kipr klubunda
“Sabah”ın qapıçısı Qazaxıstan millisinə çağırıldı
"Tvente" - “Qarabağ” oyunu bu kanalda
“Sabah”ın bombardiri: “Stadionu doldurun!” - Video
“Milan” Dieqo Moreyranı transfer etdi
“Səbail” – “Sakaryaspor” oyununda kütləvi dava olub
“Hapoel” - “Sabah” oyununun - Videoicmalı
“Bir həftə ərzində səhvlərimizi düzəltməliyik” - Dambrauskas
"Bakıda yaxşı oyun keçirəcəyik” - “Hapoel"in baş məşqçisi
“Barselona” 48-ci dəfə “Joan Qamper” kubokunu qazandı
Kamilo Duran dubl etdi, "Seltik" qalib gəldi
"Sabah" "Hapoel"ə məğlub oldu
"Zirə" və "Neftçi" qalib gəldi, "Sumqayıt" uduzdu
Stadionda meyit tapıldı