"Komandalardan biri meydanı pis emosiyalarla tərk edəcək. Amma futbolda belə şeylər olur. Mən ancaq gözəl oyun istəyirəm. Anlayırıq ki, çətin görüş olacaq. Bu çətinliyin öhdəsindən gəlməyi düşünürük. Gözlənilməzlərə hazır olmaq və matça köklənmək lazımdır. 90 dəqiqə yaxşı oynamalıyıq. Bəlkə daha uzun oyun olacaq".
Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu sözləri "Real"ın baş məşqçisi Zinəddin Zidan Çempionlar Liqasının 1/8 finalında PSJ ilə cavab matçı öncəsi deyib.
O, Paris klubunun aparıcı futbolçusu Neymarın oynamamağının heç nəyi dəyişdirməyəcəyini bildirib: "Onun əvəzinə meydana başqa oyunçu çıxacaq. O da öz gücünü göstərməyə çalışacaq. Neymarın yoxluğun hazırlıq planımızda hansısa dəyişikliyə səbəb olmayacaq.
Qeyd edək ki, PSJ - "Real" görüşü bu gün keçiriləcək. Bu komandalar arasında ilk qarşılaşmada Madrid klubu 3:1 hesabı ilə qalib gəlib.
Van Qal istefa verdi
"Şamaxı"dan yeni transfer
İngiltərə - Konqo matçının ən yaxşısı seçildi
“Zirə”nin rəqibi superkuboku qazandı
İngiltərə millisi 60 il sonra tilsimi qırdı
Penalti qaçıran futbolçular təhqirlərə məruz qaldı
"Qarabağ" hər iki oyunda uduzdu - Yenilənib
"Zirə" Türkiyə klubuna qalib gəldi
Azərbaycan millisi Tacikistanı məğlub etdi
"Bavariya" mundialın ulduzunu transfer etdi
"Arsenal"dan getdi