"Ağır oyun oldu. Təbii ki, əsas olanı nəticə idi. Komandanı təbrik edirəm. Yaxşı, əzmkar oyun sərgilədilər. "Neftçi" ilə növbəti oyuna hazırlaşacağıq".
Qol.az-ın Sportnet.az-a istinadən yaydığı xəbərə görə, bu sözləri "Keşlə"nin prezidenti Zaur Axundov Topaz Premyer Liqanın 18-ci turunda "Zirə"yə 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra jurnalistlərə müsahibəsində deyib.
- Hələlik komandanız evdə yox, səfərdə qələbələr qazanır...
- Bizə 3 xal lazım idi. Bunu da qazandıq. Təbii ki, bu məqam da böyük amildir. Ümidvaram ki, növbəti oyunlarda doğma meydanda da azarkeşlərimizi sevindirəcəyik.
- Komandanızın çıxışı sizi razı salırmı və oyundan-oyuna artım hiss edirsiniz?
- Oyundan-oyuna artım var. Düzdür, orta xətdə boşluqlar da nəzərə çarpır. Lakin futbolçularımız tədricən artırırlar. Düşünürəm ki, 1-2 tura komandamız tam hazır vəziyyətə çatacaq.
- Mətbuatda yeni transferlərdən narazı olduğunuz və buna görə baş məşqçi Yuri Maksimova irad bildirdiyiniz yazılmışdı. Belə bir hal həqiqətən də olub?
- Yox, belə bir şey yoxdur. 2-3 gün əvvəl yazmışdılar ki, Yuri Maksimov gedib. Halbuki Maksimov həmin vaxt məşqdə idi. Komandamız oyununu davam etdirir. Təkcə Maksimov deyil, seleksiya üzrə məşqçilərin də birgə məsləhətləşmələri ilə transferlər həyata keçirilib. Zaur Axundov transfer etmir. Transferlərə baş məşqçi və köməkçiləri cavabdehdirlər. Mən "O gəlsin, bu getsin" kimi məsələlərə qarışmıram.
- Bu heyətlə Azərbaycan Kubokunu qazanmaq realdır?
- Futbolda hər şey ola bilər. Amma komandamız hələlik potensialının 50 faizini oynayır. Yaxşı haldır ki, kubok oyunumuzadək hələ var. Məncə, məşqçilər heyətimizin səyləri nəticəsində "Keşlə" pik nöqtəyə çatacaq. Təki zədələrimiz olmasın. Qarşıda hələ çempionat oyunlarımız var. Oynamalı və nəticə göstərməliyik.
"Qarabağ" Niderlanddan qələbə ilə qayıdır
Avropa Liqası: "Beşiktaş"dan qələbə, "Trabzonspor" büdrədi
"Ayaks" azarkeşlərindən etiraz
Şeydayev oynadı, komandası qalib gəldi
"Məni ən çox nankorluq narahat edir"
“Kayrat”dan ağır məğlubiyyət
Onlar da bugünkü oyunu buraxırlar - “Qarabağ”da yeni itkilər
“Qarabağ” “Tvente” ilə oyuna bu heyətlə çıxır
Ronaldinyo 46 yaşında karyerasını bərpa edir
London klubu azarkeşlərinə xəbərdarlıq etdi
“Bu forma üçün əlimdən gələni edəcəyəm”
Premyer Liqadakı ilk matçını buraxa bilər
“Karvan-Yevlax” nigeriyalı futbolçu ilə gücləndi
“Barselona” Kanselunu transfer etdi
Klub tarixinin ən gənc debütantı oldu
"Qarabağ"la oyun öncəsi "Tvente"də ayrılıq
"Barselona" Kundeyə qiymət qoydu
"Parma"dan "Benfika"ya - Rəsmi
"Qalatasaray" rus futbolçunun transferini elan etdi
Dünyanın ən bahalı futbol klubları – Siyahı
Azərbaycandan ayrılıb Polşa klubuna keçdi
La Liqada 400-cü oyun
Mourinyonun toxunulmazları
Simiç tarixə belə düşdü
"Sumqayıt"ın xəsarət alan futbolçusuna ağır cəza
"Barselona" "Fənərbaxça"nın qapıçısını istəyir
Brahim Konate Kipr klubunda
“Sabah”ın qapıçısı Qazaxıstan millisinə çağırıldı
"Tvente" - “Qarabağ” oyunu bu kanalda
“Sabah”ın bombardiri: “Stadionu doldurun!” - Video
“Milan” Dieqo Moreyranı transfer etdi
“Səbail” – “Sakaryaspor” oyununda kütləvi dava olub
“Hapoel” - “Sabah” oyununun - Videoicmalı
“Bir həftə ərzində səhvlərimizi düzəltməliyik” - Dambrauskas
"Bakıda yaxşı oyun keçirəcəyik” - “Hapoel"in baş məşqçisi
“Barselona” 48-ci dəfə “Joan Qamper” kubokunu qazandı
Kamilo Duran dubl etdi, "Seltik" qalib gəldi
"Sabah" "Hapoel"ə məğlub oldu
"Zirə" və "Neftçi" qalib gəldi, "Sumqayıt" uduzdu
Stadionda meyit tapıldı