"Neftçi"nin prezidenti Kamran Quliyev Topaz Premyer Liqanın 18-ci turunda "Qəbələ" ilə oyundan sonra Qol.az-ın müxbirinin də itşriak etdiyi brifinqdə jurnalistlərin suallarını cavablandırıb.
- Əvvəlcə “Qəbələ” ilə oyun barədə fikirlərinizi bilmək istərdik.
- Çətin oyun oldu. İlk olaraq topa biz nəzarət edirdik. Sonra "Qəbələ" üstünlüyü ələ aldı. Gözlənilmədən qol buraxdıq. Elə epizodda top buraxdıq ki, oyunun gedişinə mənfi təsir edən bir şey idi. Ancaq komanda ikinci hissədə toparlandı. Görünür, baş məşqçi fasilədə paltardəyişmə otağında lazımi sözləri tapıb, tapşırıqlarını verib. Əsas odur ki, qələbə qazandıq, aktivimizə 3 xal yazdırdıq. Avropa Liqasına şansımız var, bunun uğrunda mübarizəni davam etdiririk. Komanda ümidlənir, ab-hava düzəlir. "Qəbələ" kimi güclü komandanı səfərdə məğlub etdik. Burdan tək-tük komanda xal apara bilir. Amma biz 3 xal apardıq.
- Bu nəticəni gözləyirdinizmi?
- Bəli. Komanda son turlar özünə gəlir. Bu, mənim gəlişimlə əlaqəli deyil. Qışda problemlər olmuşdu. Ondan sonra komanda öz oyununu tapmaqdadır.
- Əvvəlki "Neftçi"nin qayıdacağına ümid etmək olar?
- Əlbəttə, ümidlənmişik. Çətin rəqibə qarşı çıxış edirdik. Bu, bizim gücümüzün 60-70 faizidir. Hesab edirəm ki, bundan da yaxşı performans ortaya qoya bilərik.
- Qış fasiləsində "Neftçi" hücum xəttinə Lukas Qomeşin transferini gerçəkləşdirdi. Amma yenə də qolları Mirabdulla Abbasov vurur...
- Bu, çox yaxşı haldır. Mirbadullanın bu çıxışı bizi sevindirir.
- Siz paltardəyişmə otağına daxil olduqdan sonra alqış sədaları eşidildi. Deyəsən, yaxşı mükafat vəd etmişdiniz?
- Patardəyişmə otağında hamını təbrik etdim. İkincisi, hamı təkcə mənə görə yox, qələbəyə görə sevinirdi. Təbii ki, stimul olmalıdır ki, motivasiya yüksək olsun. Amma biz ilk növbədə klubdakı ab-hava ilə məşğuluq. Bu da yavaş-yavaş özünü büruzə verir.
- Fasiləyə məğlub durumda yollandınız. Sizcə, birinci hissədə nə çatmırdı?
- Özünəinam. "Neftçi"nin hər futbolçusu bu komandanın formasını geyindiyini bilməli və istənilən rəqibə qarşı inamla mübarizə aparmalıdır. Düzdür, bizdə nisbətən bir neçə gənc oyunçu var. Onların oyununda həyəcan görünür. Ancaq belə əzmkar qələbələr xarakter göstərməklə mümkün olur. Bu da onlara əlavə stimul verir.
- Sizcə, oyunun qəhrəmanı kimdir?
- Bunu demək istəmirəm. Çünki qələbədə hər kəsin böyük rolu oldu. Heç kimi ayrı-ayrılıqda qeyd etmirik.
- Nə vaxtsa Avroliqa uğrunda "Sumqayıt"la mübarizə aparacağınız ağlınıza gələrdi?
- 15 dəqiqədən sonra nə olacağını bilmirəm. Gələcəyi bilmək olmur. Amma belə maraqlı mübarizə gedir.
Ronaldonun komanda yoldaşı İtaliyaya gedir
"Çelsi"nin futbolçusu sıradan çıxdı, derbini buraxa bilər
Artıq xəbərlərimiz telefonunuza gələcək!
"Real" yeni baş məşqçisini açıqladı - Rəsmi
Xabi Alonso istefaya göndərildi - Rəsmi
"Barselona"nın prezidenti Mbappeni tənqid etdi
"Fərdi səhvlər komandaya baha başa gəlir" - Saşa İliç
“Qarabağ” 2026-cı ilə 5 qollu qələbə ilə başladı
"Mançester Siti" millinin futbolçusunu hədəfə aldı
"Zirə" Rumıniya klubu ilə heç-heçəyə razılaşdı
"Sumqayıt" Serbiya təmsilçisinə böyük hesabla uduzdu
"Dinamo" azərbaycanlı futbolçunu toplanışa aparmayacaq
"Difai"i heyətini əcnəbi futbolçu ilə gücləndirdi
"Neftçi" Misir klubu ilə qarşılaşacaq
2026-cı ilin ilk turu rəqəmlərin gözü ilə
"Fənərbaxça"dan Fransa klubuna
"Qəbələ"dən ayrıldı, 1-ci liqa klubuna keçdi
“Bizim üçün çox önəmli toplanışdır” - Rəşad Eyubov
Sabiq “Qalatasaray”lı Braziliya klubunda
"Real" Alonsonu göndərəcəkmi?
Kontedən çılğın hərəkətlər - Şəkillər
"Arsenal"ın sabiq futbolçusu "Əl-Hilal"da
"Beşiktaş"dan ayrıldı, ölkəsində oynayacaq
"Karvan-Yevlax"dan qışın ilk transferi
Fransanın məşhur klubu Elvin Cəfərquliyevi istəyir
Güləş millimizdə məşhur baş məşqçi
Millimizin heyətində dəyişiklik
Alonso "Barselona"ya məğlubiyyət haqda
Final "El-Klasiko"sunda vurulan qollar - Video
"Barselona" "Real"ı məğlub edərək Superkuboku qazandı
Balotellinin transferi açıqlandı
Hakim azarkeşə qırmızı vərəqə göstərdi
"Messi dünyanın ən yaxşı oyunçusu olaraq qalacaq"
"Beşiktaş"ın futbolçularından xoş xəbərlər var
Paratiçi yenidən "Tottenhem"dən gedir
Salah 19 yaşlı futbolçu ilə əvəzlənə bilər
Martinelli her-trik etdi, "Arsenal" qalib gəldi
Qara Qarayev milliyə təyinat aldı
"Ayaks" autsayderə qarşı çətin qələbə qazandı
İtaliya nəhəngləri oyunçularını dəyişir?
"Real"ın futbolçusu üçün 180 milyonluq təklif var
Güləş üzrə Azərbaycan çempionatına yekun vuruldu - Şəkillər