UEFA 2018-2019 mövsümündə Avropa kuboklarının keçirilmə sistemini açıqlayıb.
Gələn mövsüm Çempionlar Liqasında qrup mərhələsinə 26 klub birbaşa vəsiqə əldə edəcək.
Təsnifat mərhələsindəki hər bir komanda isə Avropa Liqasında oynamaq üçün ikinci şans qazanacaq.
17 komanda Avropa Liqasının qrup mərhələsinə birbaşa vəsiqəyə yiyələnəcək. Qalan 31 klubdan 10-u Çempionlar Liqasının "pley-off", 21-i isə iki müxtəlif istiqamət - Çempionlar Liqası və Avropa Liqasından gələcək.
Çempionlar Liqasının təsnifat mərhələsi üçün "uduzan çıxır" prinsipi üzrə mini-turnir, Avropa Liqası üçün isə ev-səfər prinsipi üzrə ilkin mərhələ təşkil olunacaq.
Qrup mərhələsinin formatı dəyişməyəcək. Lakin Çempionlar Liqası və Avropa Liqasının oyunları üçün başlama saatı Avropa vaxtı ilə 18:55 (Bakı vaxtı ilə 20:55 və ya 21:55) və 21:00 (23:00 və ya 24:00) müəyyənləşdirilib.
Çempionlar Liqasının qrup mərhələsinə birbaşa vəsiqələrin sahibləri bunlar olacaq:
Çempionlar Liqasında 2017-2018 mövsümünün qalibi (1);
Avropa Liqasında 2017-2018 mövsümünün qalibi (1);
UEFA reytinqində ilk 4 yeri tutan İspaniya, Almaniya, İngiltərə və İtaliya hərəyə 4 komanda ilə (16);
UEFA reytinqində 5-6-cı yerləri tutan Fransa və Rusiya hərəyə 2 komanda ilə (4);
UEFA reytinqində 7 - 10-cu yerləri tutan Portuqaliya, Ukrayna, Belçika və Türkiyə hərəyə 1 komanda ilə (4)
Çempionlar Liqasının qalibi daxili çempionatında tutduqları yer vasitəsilə qrup mərhələsinə vəsiqə qazanarsa, vakant vəsiqə UEFA reytinqində 11-ci yeri tutan (Çexiya) ölkənin təmsilçisinə veriləcək. Həmin komanda Çempionlar Yolundan mübarizəyə qoşulacaq;
Avropa Liqasının qalibi daxili çempionatdan da qrup mərhələsinə vəsiqə qazanarsa, vakant vəsiqə UEFA reytinqində 5-ci yeri tutan (Fransa) ölkənin 3-cü komandasına veriləcək. Həmin komanda Liqa yolundan mübarizəyə qoşulacaq;
Qrup mərhələsində maksimum 5 klubla təmsil olunmağa icazə veriləcək.
Çempionlar Yolu (4 vəsiqə)
Bu yolla 11-ci yerdən aşağı pillələrdə qərarlaşmış milli assosiasiyalar ilkin, 3 seçmə mərhələ və pley-offu keçməklə, vəsiqə qazana biləcəklər.
İlkin mərhələ: "Uduzan-çıxır" prinsipi üzrə mini-turnirdə 4 komanda çıxış edəcək;
I təsnifat mərhələsi: 33 komanda və ilkin mərhələnin qalibi çıxış edəcək;
II təsnifat mərhələsi: 3 komanda və I təsnifat mərhələsinin 17 qalibi;
III təsnifat mərhələsi: 2 komanda və II təsnifat mərhələsinin 10 qalibi;
Pley-off: 2 komanda və III təsnifat mərhələsinin 6 qalibi.
İlkin mərhələdən III təsnifat mərhələsinədək keçirilmiş qarşılaşmalarda uduzan bütün komandalara Avropa Liqasında uğur qazanma şansı veriləcək. Burada onlar Avroliqanın müvafiq mərhələsində Çempionlar Yolunda çıxış edəcəklər. Pley-off mərhələsində mübarizəni dayandıranlar Avroliqanın qrup mərhələsinə avtomatik vəsiqə qazanacaqlar.
Liqa Yolu (2 vəsiqə)
Burada UEFA reytinqində 5-6-cı yerləri tutan ölkələrin 3-cü komandaları, habelə, 7 - 15-ci yerlərdəki ölkələrin vitse-çempionları çıxış edəcək. Ümumilikdə 3 seçmə mərhələ keçiriləcək:
II təsnifat mərhələsi: 6 komanda;
III təsnifat mərhələsi: 5 komanda və II təsnifat mərhələsinin 3 qalibi;
Pley-off: III təsnifat mərhələsinin 4 qalibi.
II təsnifat mərhələsində uduzanlar mübarizəni Avropa Liqasının Liqa yolu üzrə III təsnifat mərhələsində davam etdirəcəklər. III təsnifat mərhələsində və ya pley-offda uduzanlar birbaşa Avropa Liqasının qrup mərhələsinə vəsiqə əldə edəcəklər.
Qeyd edək ki, Azərbaycan Çempionlar Liqasının I təsnifat mərhələsindən etibarən Çempionlar Yolu üzrə mübarizəyə başlayacaq (sportnet.az).
"Şamaxı"dan yeni transfer
İngiltərə - Konqo matçının ən yaxşısı seçildi
“Zirə”nin rəqibi superkuboku qazandı
İngiltərə millisi 60 il sonra tilsimi qırdı
Penalti qaçıran futbolçular təhqirlərə məruz qaldı
"Qarabağ" hər iki oyunda uduzdu - Yenilənib
"Zirə" Türkiyə klubuna qalib gəldi
Azərbaycan millisi Tacikistanı məğlub etdi
"Bavariya" mundialın ulduzunu transfer etdi
"Arsenal"dan getdi
İspaniya Superkubokunun vaxtı və yeri dəyişdirildi
"Marsel" yeni baş məşqçisini açıqladı
İngiltərə - Konqo: Heyətlər
“Qarabağ”ın “Ferensvaroş”la oyun üçün heyəti
Azərbaycan millisində çıxış etməsinə rəsmən icazə verildi
Bir işarəsi ilə bütün komandanı susdurdu! - Video
"Bura turist kimi gəlməmişik"
"Şəfa"dan ilk legioner transferi
Azərbaycan millisinin oyunu Gəncədə!
Türkiyə millisinin üzvü "Trabzonspor"da- Rəsmi
"Barselona" ilə müqaviləni uzatdı
Yamal: "DÇ-2026-nın qalibi olacağam"
Polis Almaniya Futbol İttifaqına basqın etdi
Kapitanla yola davam - Rəsmi
"Liverpul" müdafiəçi transfer etdi
MEDİA müsabiqələrin nəticələrini açıqlayıb
Elvin Cəfərquliyev start heyətdə
Lempardla müqavilə uzadıldı
“Kayzerslautern” Mahiri təbrik etdi - Şəkil