“Bu hesabdan sonra nəsə demək çətindi. Buna baxmayaraq, ilk hissədə yaxşı oynadıq. İlk hissədə qol vəziyyətlərimiz oldu. Onlardan 1-ni qolla tamamladıq. İkinci hissədə rəqib keyfiyyətini göstərdi. Hesab 6:3 də ola bilərdi. Açıq futbol getdi. Rəqib layiqli qələbə qazandı”.
Qol.az xəbər verir ki, bu sözləri milli komandamızın baş məşqçisi Robert Prosineçki DÇ-2018-in seçmə mərhələsində səfərdə Almaniyaya 1:5 hesabı ilə uduzduğumuz oyundan sonra deyib.
Daha sonra xorvat mütəxəssis jurnalistlərin suallarını cavablandırıb:
- Millimizin seçmə mərhələdəki çıxışını necə qiymətləndirərdiniz?
- Ümumilikdə, komandadan razı qaldım. Çətin qrupda, güclü rəqiblərə qarşı futbol oynadıq. Nəticə bizi qane etməsə də, yaxşı oynadıq. Şimali İrlandiya ilə matçı nəzərə alsaq, daha çox xal toplamalı idik. Belə qrupda 10 xal toplamaq asan deyil. Bundan da çox ola bilərdi. Komandama yaxşı qiymət verirəm.
- Müqavilə müddətiniz başa çatır. Qərarınızı vermisinizmi?
- Bakıya qayıdırıq. Gələcək barədə bir neçə gündən sonra açıqlama verəcəm.
- Müdafiənin mərkəzində Ruslan Abışovla Bədavi Hüseynov çıxış etdi. Artıq Rəşad Sadıqovun əvəzləyicisi kimi Ruslanı görmək olarmı?
- Gələcəkdə həmin mövqedə bu cütlüyün tez-tez oynayıb-oynamayacağını deyə bilmərəm. Bu mövqedə problem var. Standart vəziyyətlərdən qol buraxırıq. İndiyə qədər bu mövqedə yüksək səviyyədə oynaya bilmirik. Bunun üzərində çalışacağıq.
- Dmitri Nazarovun matça ehtiyatdan başlaması Çexiya ilə Bakıdakı oyunda zəif çıxışı idi?
- 3 gün əvvəl Çexiyaya qarşı oynadığımız üçün heyətdə dəyişiklik etdim. O mövqedə müdafiəyə meyilli oyunçu oynatmaq istədim. Dmitri müdafiəyə az kömək etdiyi üçün onu ehtiyatda saxladım. Nazarov yaxşı futbolçudu. Sadəcə, bu gün başqa keyfiyyətli oyunçu lazım idi.
“Sabah”a uduzduqdan sonra komandasını tənqid etdi
“Qarabağ” “Sabah”ı təbrik etdi
Bravo, “Sabah”!
Azərbaycan millisi “Antalyaspor”a qalib gəldi
"Qalatasaray" - "Barselona" matçının heyətləri açıqlandı
Kahim Perris Azərbaycan futbol tarixinə düşdü
Premyer Liqa klubları zərərlə işləyir
"Bu söhbətlərdən yorulmuşam"
“Real” La Liqanın oyun təqvimindən narazı qaldı
Azarkeşlər son anda qadağa ilə üzləşdi
"Sabah" - "Slaviya" matçının heyətləri açıqlandı
Danimarkanın tanınmış klubu satıla bilər
“Fənərbaxça” ilə oyun öncəsi “Aston Villa”da itkilər
“Yuventus” Ronaldo ilə bağlı qərardan şikayət etdi
"Sabah"ın U-19 komandası "Slaviya"ya uduzdu
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
A Seriyasında daha bir baş məşqçi istefası
Azərbaycan millisi dünya çempionatına heç-heçə ilə başladı
“Borussiya” Niko Kovaçla müqaviləni uzatdı
Əliyar Ağayev və Elçin Məsiyev Avroliqaya təyinat aldılar
İnfantino milyonlarla dollar mənimsəyib - İddia
Dani Karvahalın yeni klubu açıqlandı
ÇL-in oyunları bu kanallarda
“Sabah” - "Slaviya" oyununa - Böyük maraq
Misli Premyer Liqası klubu baş məşqçini istefaya göndərdi
Haalandın "Barselona" arzusu
AFFA "Neftçi"ni 5 min manat cərimələdi
Azərbaycan güləşçisi dünya çempionatının finalında