Almaniya Futbol İttifaqının (AFİ) prezidenti Reynhard Qrindel ötən gün DÇ-2018-in seçmə mərhələsində millimizin Almaniya ilə keçiriləcək oyun öncəsi təşkil olunan mətbuat konfransında azərbaycanlı jurnalist Rasim Əliyevin ölümünə görə həbs olunan “Qəbələ”nin və yığmamızın üzvü Cavid Hüseynovun erkən azadlığa buraxılması məsələsini gündəmə gətirib.
O, məsələ ilə əlaqədar Azərbaycan hökumətindən izahat gözlədiklərini söyləyib.
Qol.az-ın Almaniyaya ezam olunmuş xüsusi müxbirinin verdiyi xəbərə görə, millimizin oyununu izləmək üçün Kayzerslautern şəhərinə gələn ölkəmizin Almaniyadakı səfiri Ramin Həsənov jurnalistlərə açıqlamasında məsələyə münasibət bildirib. O deyib ki, bu məsələdən mətbuat konfrasından dərhal sonra xəbər tutub və Maynz şəhərində olarkən AFİ rəhbəri ilə ayaqüstü görüş keçirib (Raynhard Qrindel də Almaniya millisi ilə Maynzdadır və mətbuat konfransı həmin şəhərdə təşkil olunub– red.):
“Görüşdə ona öz mövqeyimizi bildirdim. Mövqeyimiz isə ondan ibarətdir ki, məişət zəminində baş vermiş hadisənin bir futbol oyunundan öncə müzakirəyə çıxarılması, bunun bir mövzu edilməsi, eyni zamanda siyasiləşdirilməsi anlaşılmaz və qəbuledilməzdir. Eyni zamanda həmin hadisə xeyli müddətdir baş verib, bununla bağlı cinayət işi qaldırılıb, məhkəmə qərarı olub, bundan sonra apellyasiya şikayəti verilib. Nəticədə yeni məhkəmə qərarı ilə futbolçu Cavid Hüseynov azadlığa buraxılıb. Tam hüquqi konteksdə olan məsələnin siyasiləşdirilməsinin hansı məqsəd güddüyü bizə aydın deyil. Bununla bağlı ondan açıqlama istədim. O da dedi ki, sadəcə, jurnalistlərin suallarına cavab olaraq məsələyə münasibət bildirib, Azərbaycan məhkəmələrinin işinə qarışmaq, yaxud da hökümətə hansısa çağırış və tələb etmək fikri olmayıb. Qrindel bildirdi ki, məsələ ilə bağlı ona və baş məşqçiyə çoxsaylı suallar daxil olub və bununla bağlı açıqlamasında o, sadəcə qeyd edib ki, hadisəni onlar dəyərləndirə bilməzlər və məsələyə Azərbaycan hökuməti aydınlıq gətirə bilər”.
Səfirin sözlərinə görə, mətbuat konfransının videoyazısından isə aydın görünür ki, məsələ əvvəlcədən hazırlanıb və Raynhard Qrindelin dediklərinə də bu konteksdə mövqeyimiz çatdırılıb”.
"Sevilya"nın yeni baş məşqçisi bəlli oldu
"Real"ın tibbi heyətindən kobud səhv
Yeniyetmələrdən elit liqaya qədər korrupsiya qalmaqalı
Hakimi "Real"a keçir?
Zədələrə rəğmən "Bayer" ona güvənir
Yamal İspaniya millisinin məşqini buraxdı
Zədə səbəbindən millinin düşərgəsini tərk etdi
ABŞ klubundan Nərimanla bağlı yeni paylaşım - Video
Türkiyə yeni mövsüm avrokuboklarda necə təmsil olunacaq?
Qrizmannın MLS-də oynayacağı rəsmiləşdi
"Atletiko"dan "Arsenal"a keçə bilər
Modriçə sabiq klubundan təklif var
Tudorun “Tottenhem”dən ayrıldığı bildirilir
Depay 1 ay oynamayacaq
"Tottenhem"də baş məşqçi vəzifəsinə iki namizəd
Mbappe bu xəbəri yalan adlandırdı
4 min dollara bilet olar? - FİFA-dan şikayət edildi
Muslera yenidən Uruqvay millisində
Fransa millisindən kənarlaşdırıldı
"Apreldəki oyunlar üçün yekun heyəti müəyyənləşdirməliyik"
Vaqner Lav 41 yaşında karyerasını başa vurdu
Azərbaycan millisi apreldə daha iki oyun keçirəcək
“Qarabağ” Sinenkonu transfer edir? - Menecerdən açıqlama
Messi “Qızıl top”u akademiyaya apardı - Video
Tanınmış futbolçu karyerasını başa vurdu
Milliyə çağırılmadı, saatlarla qumar oynadı
Qrizmanın yeni klubundakı qazancı bilindi
“Yuventus”un müdafiəçisi “Barselona”nın hədəfində
Fransa millisində Deşamı Zidanın əvəzləyəcəyi dəqiqləşdi
Matçları qanunsuz izləyənlər cərimələnəcək
Uğursuz çıxış etdi, baş məşqçidən xəbərdarlıq aldı
"Qızıl top" namizədləri: Yamal, Keyn...
PSJ-nin oyunu təxirə salınır?
"Keçmişdəki uğursuzluqları düşünməyə ehtiyac yoxdur"
"Borussiya" idman direktorunu göndərdi
İngiltərədə Superkubok matçının yeri dəyişdirildi
Flik ayın məşqçisi seçildi
Ben Uayt İngiltərə millisində
Osimhen əməliyyat olundu
"Marsel" klubu prezidenti ilə yollarını ayırdı
Qvardiola qələbəni qızı ilə qeyd etdi - Video