AFFA-nın baş katibi Elxan Məmmədov DÇ-2018-in seçmə mərhələsində sabah keçiriləcək Almaniya - Azərbaycan matçı öncəsi Kayzerslauternə ezam olunmuş jurnalistlərin suallarını cavablandırıb. Qol.az saytının əməkdaşının da iştirak etdiyi müsahibəni təqdim edirik:
- Almaniya Futbol Federasiyasının prezidenti Reynhard Qrindel bu gün keçirilən mətbuat konfransında Cavid Hüseynovun məlum hadisədən sonra erkən azadlığa buraxılmasını qabardıb. Buna münasibətinizi bilmək maraqlı olardı...
- Düzü, təəccübləndik. Çünki futbol siyasətdən uzaq olmalıdı. Bu, hər zaman FİFA və UEFA-nın tövsiyyələridi. Qərbi Avropadan gələn mesaj belədi ki, idman siyasətdən uzaq olmalıdı. Bugünkü mətbuat konfransında bu məsələnin qaldırılmasına təəccübləndik. Bunu gözləmirdik. Bu, Azərbaycanın daxili işidi və heç kimə bununla bağlı hesabat verilməməlidi. Hər insana ikinci şans verilməlidi. Cavid Hüseynov peşəkar futbolçudu. Həyatında belə problem var idi və Konstitusiyamıza əsasən artıq milli komanda ilə bərabərdi.
- Yəqin ki, sabah Qrindellə görüşünüz olacaq. Bununla bağlı ona fikrinizi bildirəcəksinizmi?
- Təbii ki. Yadına salacam ki, futbol siyasətdən uzaq olmalıdı. Səhv etmirəmsə, martda Bakıdakı qarşılaşmada Almaniya Futbol Federasiyasının nümayəndələri bunu soruşmuşdular. Onlara danışmışdım, bunu müzakirə etmişdik. Ancaq bugünkü konfransda bunun əksini dedilər. Söylədilər ki, bu məsələni bizimlə müzakirə edəcəklər. Bilmirəm nəyi müzakirə edəcəklər. Biz heç kimə hesabat vermək məcburiyyətində deyilik. Yadlarına salacam ki, bu barədə söhbət etmişdik.
- Qrindelin bu açıqlaması hamımız üçün gözlənilməz oldu. Bunda dövlətimizə qarşı siyasi təzyiq hiss etdinizmi?
- Bunu deyə bilmərəm. Amma burda subyektivlik var.
- 21 yaşadək millimiz dünən acınacaqlı məğlubiyyət aldı...
- Çətin səfər oyunu idi. U-21 yığmamızın məşqçilər korpusunda dəyişikliklər oldu. Bu posta müvəqqəti təyin olunan Samir Ələkbərovdan xahiş etdik ki, komandanı son iki oyuna çıxarsın. Bu, Samir müəllim tərəfindən cəsarətli addım idi. Ona minnətdarlığımızı bildiririk. Bundan sonra uzunmüddətli qərar qəbul edəcəyik. Təbii ki, 1:6 hesablı məğlubiyyətə təəssüflənirik. Amma bu, hazırda komandamızın reallığıdı. Almaniya yığması da dünyanın ən güclü komandalarından biridi.
- Çexiya ilə oyunu izləyənlər arasında Ərtuğrul Sağlam da var idi. Azarkeşlərdə belə bir fikir formalaşdı ki, Sağlam millinin növbəti baş məşqçisi olacaq. Bu dəvət AFFA tərəfindən idi?
- Bildiyim qədərilə o, millimizin futbolçularına baxmağa gəlmişdi. Onun gələcəyini bilirdik.
- DÇ-2018-in seçmə mərhələsində Almaniya yığmasına qarşı sabah keçiriləcək oyundan nə gözləyirsiniz?
- Dünya çempionuna, Konfederasiyalar Kubokunun qalibinə qarşı oynayacağıq. Əlbəttə ki, çox çətindi. Almanların taleyi həll olunub. Ancaq onlar hər matça çox məsuliyyətli yanaşır və 3 xal qazanmağa çalışır. Bizim isə məqsədimiz qrup ikinciliyi idi. Bunu reallaşdırmasaq da, inanıram ki, komandamız mübarizə aparacaq və çalışacaq rəqibə 3 xal qazanmaqda problem yaratsın.
"Sevilya"nın yeni baş məşqçisi bəlli oldu
"Real"ın tibbi heyətindən kobud səhv
Yeniyetmələrdən elit liqaya qədər korrupsiya qalmaqalı
Hakimi "Real"a keçir?
Zədələrə rəğmən "Bayer" ona güvənir
Yamal İspaniya millisinin məşqini buraxdı
Zədə səbəbindən millinin düşərgəsini tərk etdi
ABŞ klubundan Nərimanla bağlı yeni paylaşım - Video
Türkiyə yeni mövsüm avrokuboklarda necə təmsil olunacaq?
Qrizmannın MLS-də oynayacağı rəsmiləşdi
"Atletiko"dan "Arsenal"a keçə bilər
Modriçə sabiq klubundan təklif var
Tudorun “Tottenhem”dən ayrıldığı bildirilir
Depay 1 ay oynamayacaq
"Tottenhem"də baş məşqçi vəzifəsinə iki namizəd
Mbappe bu xəbəri yalan adlandırdı
4 min dollara bilet olar? - FİFA-dan şikayət edildi
Muslera yenidən Uruqvay millisində
Fransa millisindən kənarlaşdırıldı
"Apreldəki oyunlar üçün yekun heyəti müəyyənləşdirməliyik"
Vaqner Lav 41 yaşında karyerasını başa vurdu
Azərbaycan millisi apreldə daha iki oyun keçirəcək
“Qarabağ” Sinenkonu transfer edir? - Menecerdən açıqlama
Messi “Qızıl top”u akademiyaya apardı - Video
Tanınmış futbolçu karyerasını başa vurdu
Milliyə çağırılmadı, saatlarla qumar oynadı
Qrizmanın yeni klubundakı qazancı bilindi
“Yuventus”un müdafiəçisi “Barselona”nın hədəfində
Fransa millisində Deşamı Zidanın əvəzləyəcəyi dəqiqləşdi
Matçları qanunsuz izləyənlər cərimələnəcək
Uğursuz çıxış etdi, baş məşqçidən xəbərdarlıq aldı
"Qızıl top" namizədləri: Yamal, Keyn...
PSJ-nin oyunu təxirə salınır?
"Keçmişdəki uğursuzluqları düşünməyə ehtiyac yoxdur"
"Borussiya" idman direktorunu göndərdi
İngiltərədə Superkubok matçının yeri dəyişdirildi
Flik ayın məşqçisi seçildi
Ben Uayt İngiltərə millisində
Osimhen əməliyyat olundu
"Marsel" klubu prezidenti ilə yollarını ayırdı
Qvardiola qələbəni qızı ilə qeyd etdi - Video