"Azərbaycanla oyunda bir çox dəyişikliklər edəcəyik" - Yoahim Löv

"Azərbaycanla oyunda bir çox dəyişikliklər edəcəyik" -  Yoahim Löv
ÖLKƏ FUTBOLU 6 Oktyabr 2017 / 17:54 3712
-  A +

"İstirahət edə bilmərik. Kayzerslauterndə 50 minə yaxın azarkeş önündə Azərbaycan millisini qəbul edəcəyik. Biz bu oyunda da qalib gəlmək niyyətindəyik".

Qol.az-ın məlumatına görə, bu sözləri Almaniya millisinin baş məşqçisi Yoahim Löv DÇ-2018-in seçmə mərhələsində Şimali İrlandiyaya qalib gəldikləri oyundan (3:1) sonra keçirdiyi mətbuat konfransında deyib.

Bundestim oktyabrın 8-də milli komandamızı qəbul edəcək. Löv bu oyunda yeni futbolçulardan istifadə edəcəyini bildirib: "Heyətdə bir çox dəyişikliklər edəcəyik. Az şans qazanan futbolçular meydanda olacaqlar".

Dünya Çempionatı 2026
Son xəbərlər
01.07.26  20:04

"Arsenal"dan getdi

topaz banner